Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ƏSDİRİLMƏ (ID - 13290)

“Əsdirilmək” dən f.is.

ƏSDİRİLMƏK (ID - 13291)

“Əsdirmək” dən məch.

ƏSDİRMƏ (ID - 13292)

“Əsdirmək” dən f.is.

ƏSDİRMƏK (ID - 13293)

1. icb. Əsməyə, titrəməyə məcbur etmək; əsməsinə, titrəməsinə səbəb olmaq; titrətmək, silkələndirmək. Külək yarpaqları əsdirdi. - Zərrintac xanım şəhadət barmağını qaldırıb ilan başı kimi əsdirdi. S.Rəhimov.
t-siz....

ƏSƏB (ID - 13294)

is. [ər.] anat. fiziol. 1. İnsan, ya heyvan orqanizmində təxərrüşləri periferiyadan beyinə, yaxud beyindən periferiyaya ötürən xüsusi incə tellərdən ibarət törəmə sistemi; sinir. Eşitmə əsəbi. Dişin əsəbini öldürmək. Görmə...

ƏSƏBANİ (ID - 13295)

zərf [ər. əsəb və fars. ...ani] bax əsəbi. [Şeyx Yəhya:] Ağacan, nə üçün əsəbani olursan, bu nə işdir? S.Hüseyn.

ƏSƏBİ (ID - 13296)

sif [ər.] 1. Sinirləri son dərəcə həssas olduğu üçün cüzi bir şeydən çox tez əsəbiləşən, təsirlənən, hirslənən. Əsəbi adam. Əsəbi qadın. Qırmızı işıqda uzun müddət işləyən adamlar get-gedə əsəbi olurlar.
Mollayev...

ƏSƏBİCƏSİNƏ (ID - 13297)

zərf Əsəbi halda, əsəbi adam kimi. Əsəbicəsinə qollarını oynatmaq.
Sənəm xala ahəngini dəyişdirir və bir az da əsəbicəsinə danışır. Mir Cəlal.

ƏSƏBİLƏŞDİRİCİ (ID - 13298)

sif. Əsəblərə pis təsir edən, əsəbləri qıcıqlandıran, əsəbiləşdirən, sinirləndirici. Əsəbiləşdirici təsir.

ƏSƏBİLƏŞDİRİCİLİK (ID - 13299)

is. Əsəbiləşdirici şeyin hal və keyfiyyəti.

ƏSƏBİLƏŞDİRİLMƏ (ID - 13300)

“Əsəbiləşdirilmək” dən f.is.

ƏSƏBİLƏŞDİRİLMƏK (ID - 13301)

məch. Əsəbləri qıcıqlandırılmaq, əsəbi hala salınmaq; sinirləndirilmək, hirsləndirilmək.

ƏSƏBİLƏŞDİRMƏ (ID - 13302)

“Əsəbiləşdirmək” dən f.is.

ƏSƏBİLƏŞDİRMƏK (ID - 13303)

f. Əsəblərini qıcıqlandırmaq, əsəblərinə toxunmaq, əsəbi hala gətirmək; sinirləndirmək, hirsləndirmək. Maşınların səsi adamı əsəbiləşdirir. Onun hərəkəti bizi əsəbiləşdirdi. - [Zeynal] bilirdi ki, Mehribanı təqib edəcək...

ƏSƏBİLƏŞMƏ (ID - 13304)

“Əsəbiləşmək” dən fis.

ƏSƏBİLƏŞMƏK (ID - 13305)

f. Əsəbləri qıcıqlanmaq, əsəbilik halına gəlmək, əsəblərə təsir edən bir şey nəticəsində həyəcanlanmaq, darıxmaq, ya hirslənmək; sinirlənmək. Adam hər şeydən ötrü əsəbiləşməz. Əsəbiləşmək cana zərərdir. - Şəngül...

ƏSƏBİLİK (ID - 13306)

is. Əsəbi olma, əsəbi adamın halı; əsəblərin hər bir şeydən təsirlənməsi, qıcıqlanması; sinirlilik. Həddindən artıq əsəbilik. - Indi Toğrulun qəvi əzələləri təpədən dırnağa kimi qorxunc bir əsəbilik ilə titrəyirdi....

ƏSƏBİMƏZAC (ID - 13307)

sif [ər.] köhn. Əsəbi xasiyyətli. Əsəbiməzac adam. - [Səfi bəy:] Dayıqızı doğru deyir, sən əsəbiməzacsan. S.S.Axundov.

ƏSƏBİMƏZACLIQ (ID - 13308)

is. Əsəbiməzac adamın hal və keyfiyyəti; əsəbilik.

ƏSƏBİYYƏT (ID - 13309)

is. [ər.] bax əsəbilik.
Çarpışmaq üçün lazım ikən mərdə cəsarət; Bilməm, neçin olmuş sana qalib əsəbiyyət? H.Cavid.

ƏSƏL (ID - 13310)

is. [ər.] klas. Bal. Baqqal .. əsəl qiymətinə satar ayranı. Q.Zakir.

ƏSƏN (ID - 13311)

sif. qəd. Sağ, salamat. Verdi xələt çün anı gördi əsən. Yusif Məddah.

ƏSƏR (ID - 13312)

is. [ər.] 1. İz, nişanə, əlamət, bir şeyin varlığına dəlalət edən hal. Əsər qalmamaq. Yorğunluqdan əsər yox idi. Üzündə həya əsəri yoxdur. - Cırıldayan arabanın çərxləri; Qazmış yolu, yerdə qalmış əsəri. A.Səhhət....

ƏSƏRBƏXŞ (ID - 13313)

sif [ər. əsər və fars. ...bəxş] köhn. Təsirli, təsir edən, təsir bağışlayan.

ƏSƏR-ƏLAMƏT (ID - 13314)

bax əsər 1-ci mənada. Əsər-əlamət qalmamaq - heç bir izi, təsiri qalmamaq. Gündüzkü buluddan, çiskindən heç bir əsər-əlamət qalmayıb. R.Rza. Nə keşikçilərdən, nə qapıçılardan, nə də sair xidmətkarlardan əsər-əlamət...

ƏSƏRLƏNMƏK (ID - 13315)

f dan. 1. Səndələmək, yıxılan kimi olmaq, titrəmək (yuxusu gələndə, üşüyəndə).
2. Təsirlənmək.

ƏSƏRLİ (ID - 13316)

sif Təsirli, təsir edən, təsiri olan, təsir bağışlayan; iz buraxan.

ƏSƏRSİZ (ID - 13317)

sif 1. Təsirsiz, heç bir təsiri olmayan, təsir etməyən, heç bir iz buraxmayan.
2. Heç bir icad və yaradıcılıq məhsulu olmayan, heç bir əsəri olmayan. Əsərsiz yazıçı olmaz. - Arxayın-arxayın gəzmə əsərsiz (z.); Deməsinlər...

ƏSGƏR (ID - 13318)

is. [ər.] 1. Sıravi hərbi qulluqçu; soldat. Milli ordunun əsgəri. Bir bölük əsgər. Əsgər və matroslar. - Komandan əsgərlərdən geri qalmamaq üçün yoluna davam edir. M.Hüseyn. Hələ əmr alıb işə başlamazdan əvvəl əsgər soyuqdan...

ƏSGƏRCƏSİNƏ (ID - 13319)

bax əsgərvari. Bülənd əsgərcəsinə əlini yanına salmış, uzun boynunu dala qanırmışdı. Ə.Əbülhəsən.

ƏSGƏRİ1 (ID - 13320)

sif [ər.] Əsgərə, əsgərliyə, hərbi xidmətə, qoşuna aid; hərbi. Əsgəri
forma. Əsgəri qarovul. Əsgəri xidmət. Əsgəri andın saf və səmimi sözləri döyüşçülərin qəlbində düşmənə qarşı olan qığılcımı alova...

ƏSGƏRİ2 (ID - 13321)

is. Üzüm növlərindən birinin adı. Baba isə xatını, .. əsgəri, mövücü üzümləri dərib gətirər, tapdalayar və şirə yığardı. H.Sarabski.

ƏSGƏRLİK (ID - 13322)

is. Hərbi qulluq, hərbi xidmət, hərbi mükəlləfiyyət. Əsgərlik adamı intizama öyrəşdirir. Əsgərlik illəri. Əsgərlikdən qayıtmaq. - Ax, əsgərliyə o qədər həvəsim var ki? H.Nəzərli. [Xanmurad:] Əsgərliyə gedən kimi arvadını...

ƏSGƏRSAYAGI (ID - 13323)

zərf Əsgər kimi, əsgərvari. [Şahmar:] Buyur, nə sərəncamın varsa, deyinən, bir dəqiqənin içində lap əsgərsayağı yerinə yetirim. M.Hüseyn.

ƏSGƏRVARİ (ID - 13324)

sif. Əsgər kimi, özünü əsgərə oxşadaraq. ..Bayram əsgərvari, qollarını sallayaraq ayaqlarını yerə vura-vura .. sol tərəfdəki qapıdan içəri girər. H.Cavid.

ƏSGİ (ID - 13325)

is. 1. Körpə uşaqları bələmək üçün parça. Köhnə paltar və s. parçaları. Əsgi ilə döşəməni silmək. - [Dərviş] biletini bir əsgiyə büküb yenə cibinə tulladı. A.Divanbəyoğlu. ..Onun içərisindən əsgiyə bükülmüş bir...

ƏSGİÇİ (ID - 13326)

is. 1. Əsgi paltar, ev əşyası və s. yığıb (alıb) satan adam.
Bax əntiqəçi.

ƏSGİLƏŞMƏ (ID - 13327)

“Əsgiləşmək” dən f.is.

ƏSGİLƏŞMƏK (ID - 13328)

f Köhnəlmək (paltar haqqında), əsgiyə dönmək.

ƏSGİLİK (ID - 13329)

is. Köhnəlik (paltar haqqında).

ƏSGİNAS (ID - 13330)

[fr. "assignation”-dan] köhn. Kağız pul. Bir cibimdə əsginasım, bir cibimdə ağ manat; Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat. M.Ə.Sabir. [Salamov:] Ala, hələlik bu əsginası verim, .. çıxanda yenə verərəm. C.Cabbarlı....

ƏSGİ-PÜSGÜ, ƏSGİ-ÜSGÜ (ID - 13331)

is. Köhnə, cındır parça(lar). [Hacı Murad:] Di gəl bax, gör burada əsgi-üsgüdən başqa nə var? S.S.Axundov. [Firidun bəy:] Əlacım kəsildi, getdim, oradan bir neçə əsgi-üsgüdən alıb məni yüklədi. Ə.Haqverdiyev. [Ələmdar]...

ƏSHAB (ID - 13332)

is. [ər.] köhn. 1. Sahibkar.
Tərəfdarlıq.
Həmsöhbətlər, müsahiblər.

ƏSHABƏ (ID - 13333)

is. [ər. “sahib” söz. cəmi] 1. din.
Məhəmməd peyğəmbərin və imamların yaxın adamları.
2. zar. Tərəfdar, daim birinin yanında olan adam, yoldaş. Bütün bunları Həmzə danışmaqdan, əshabələri isə dinləməkdən yorulmurdu....

ƏSİL (ID - 13334)

is. [ər.] 1. Əsas, təməl, özül, bünövrə. Əsli çürükdür. // Mahiyyət, kök. Işin əsli budur.
sif. Əsilli, nəcabətli, əsil-nəcabət sahibi, nəcib. Əsil adam. - Əsil al, çirkin olsun; Bədəsil gözəl alma. (Ata. sözü)....

ƏSİLLƏNMƏK (ID - 13335)

b a x əsilləşmək.

ƏSİLLƏŞMƏ (ID - 13336)

“Əsilləşmək” dən f.is.

ƏSİLLƏŞMƏK (ID - 13337)

f. dan. 1. Yurd-yuva salmaq, yerləşmək, kökləşmək, yerli adət və ənənələri qəbul etmək. Onlar başqa yerlərdən gəlib Azərbaycanda əsilləşmişlər.
2. Xalisləşmək, saflaşmaq.

ƏSİLLİ (ID - 13338)

sif 1. Əsil-nəcəbi olan, nəcabətli, əsil. Əsilli adam. - Xotkar qızı, şah nəsilli; Ağır elli, xan əsilli. “Koroğlu”.
2. Əsli olan, saxta olmayan, inanılacaq, doğru, gerçək.

ƏSİL(Lİ)LİK (ID - 13339)

is. 1. Xalislik, saflıq. Bu qızılın əsilliyi məhəkdə məlum oldu.
2. Təmizlik, nəciblik, alicənablıq, comərdlik.

Bu səhifə 65 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla