İzahlı lüğət

ÖRTMƏK

f 1. Örtük salmaq, üzərinə bir şey salmaq. Kəlağayı örtmək. - Bu vaxt eşikdən Qulamxan səslənir: - Durun, başınızı örtün. M.S.Ordubadi. // Üzərinə bir şey çəkib görünməz etmək. Qızın başında çadrası olardı, lakin üzünü örtməzdi. R.Əfəndiyev. Hüsnünü örtməsin nə pərdə, nə rəng! S.Vurğun. // Qabağını kəsmək, görünməz etmək. Bütün sahili duman örtmüşdür.
Bağlamaq, qapamaq. Qapağı örtmək.
[Sona] tez otağına gedib qapını örtdü. N.Nərimanov. Sürəyya yavaşca pəncərəni örtüb, ayağının ucunda ehmallıqla qayıdıb yatacağına uzandı. Çəmənzəminli.
Üstünə bir şey salmaq, sərmək. Cərgə ilə düzülmüş yamyaşıl şam ağaclarını ağappaq qar örtmüşdü. M.İbrahimov. // məc. Bürümək, sarmaq, çulğamaq, tutmaq, basmaq. Mən çox istərdim ki, sənin hər zaman; Örtməsin o dilbər hüsnünü duman. S.Vurğun. Ancaq hərdən meşələri qalın duman bürüdüyü kimi Cavadın sifətini də kədər örtürdü. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ÖC

44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed