
İzahlı lüğət
ITDAMI (ID - 19753)is. 1. İt saxlanan yer.
məc. Qaranlıq, kiçik, yaşayışa yaramayan, natəmiz yer. Bura ev deyil, itdamıdır. |
ITDIRSƏYI (ID - 19754)is. Kirpik diblərində piy vəzilərinin irinli iltihabı; sızanaq. Gözünə itdirsəyi çıxmaq. Itdirsəyini sıxdıqda, göz yuvasının fleqmonasına səbəb ola bilər.
|
ITƏBAXAN (ID - 19755)is. Ov və ya xidmət itlərinə baxan adam.
|
ITƏLƏYIcI (ID - 19756)is. tex. İşləmə zamanı mexanizmin müəyyən hissələrinin vəziyyətini təkanla dəyişdirən qurğu.
|
ITƏLƏMƏ (ID - 19757)“İtələmək” dən fis.
|
ITƏLƏMƏK (ID - 19758)f 1. Kəskin, ani bir hərəkətlə, təkanla bir şeyə toxunmaq. [Əmiraslan:] ..Nurəddin su çəkdiyi halda daldan itələyib suya salacağam. S.S.Axundov. Rüstəm kişi Telli arvadın yaxasından itələyib keçmək istədi. M.İbrahimov. [Ağca]...
|
ITIYI (ID - 19776)itmiş - bir şeyi itmiş, bir şeyi itirmiş. [Hacı Səfiqulu Şamoya:] Əşi, buralar
da nə gəzirsən? - dedi, - itiyi itmiş adam kimi, xəlvəti-xəlvəti? S.Rəhimov. |
IYLƏNDIRMƏ (ID - 19875)"İyləndirmək” dən f.is.
|
IYLƏNDIRMƏK (ID - 19876)bax iylətmək.
|
IYLƏNMƏ (ID - 19877)"İylənmək” dən f.is.
|
IYLƏNMƏK (ID - 19878)f Qoxumaq, iy vermək, xarab olmaq, ağırlaşmaq, üfunətlənmək. Ət iylənmişdir. Pendir iylənmişdir, yemək olmur.
|
IYLƏNMIŞ (ID - 19879)f.sif. Qoxumuş, xarab olmuş, ağırlaşmış. Iylənmiş balıq. - ..Get iylənmiş qatığını satmağa! - baqqala belə cavab verib, dəli Səməd adamların arasında itdi. Çəmənzəminli.
|
IYLƏŞMƏ (ID - 19880)"İyləşmək” dən f.is.
|
IYLƏŞMƏK (ID - 19881)qarş. Bir-birini iyləmək, qoxulamaq. - ..Itlər bir-birindən çəkinəçəkinə burun-buruna iyləşdilər. M.Rzaquluzadə.
|
IYLƏTMƏ (ID - 19882)“İylətmək” dən f.is.
|
IYLƏTMƏK (ID - 19883)icb. 1. Bir şeyi çox saxlayıb qoxutmaq, xarab etmək, köhnəltmək, çürütmək, iylənməsinə səbəb olmaq. Pendiri çox saxlayıb iylətmək. Balığı iylətmək.
Qoxulatmaq. Çiçəyi hamıya iylətmək. |
IYLI (ID - 19884)sif. Müəyyən iyi, qoxusu, ətri olan. Bu dağların meşəsi; Iylidir bənövşəsi; Könülsüz gedən qızın; Ağlamaqdır peşəsi. (Bayatı).
|
IYNƏ (ID - 19885)is. 1. Tikiş tikmək üçün bir ucu sivri, digər ucu isə sap keçirilmək üçün deşikli metal milcik. Tikiş iynəsi. Maşın iynəsi. - YusifiSərrac iynəsi əlində başını yuxarı qovzadı. M.F.Axundzadə. ..Gözəl ufuldadı, fikri Pəri...
|
Bu səhifə 112 dəfə baxılıb
....