İzahlı lüğət
ISTILIKKEÇIRƏN (ID - 19536)is. fiz. İstilikkeçirmə qabiliyyətinə malik olan. Istilikkeçirən cisimlər.
|
ISTILIKKEÇIRMƏ (ID - 19537)is. fiz. Cisimlərin istiliyi keçirmə xassəsi (qabiliyyəti).
|
ISTILIKTÖRƏDICI (ID - 19538)sif fiz. İstiliktörətmə qabiliyyətinə malik olan.
|
ISTILIKTÖRƏDICILIK (ID - 19539)bax istiliktörətmə.
|
ISTILIKTÖRƏTMƏ (ID - 19540)is. fiz. İstilik yaratma, istilik vermə qabiliyyəti.
|
ISTIMDAD (ID - 19541)is. [ər.] köhn. İmdad göstərmə, yardıma (köməyə) çağırma. Sönük vücudu saçar hər dəm atəşin fəryad; Fəqət nə çarə! Əsərsiz bütün bu istimdad. H.Cavid. O baxışlarda çırpınan ruhum; Dilənir gözlərindən istimdad. A.Şaiq....
|
ISTINAD (ID - 19542)is. [ər.] Dayanma, əsaslanma, söykənmə. Istinad nöqtəsi (əsaslanacaq, söykənəcək, dayaq ola biləcək şey). □ Istinad etmək - 1) arxalanmaq, bir şeyi dayaq, kömək hesab etmək. Hökumət ancaq xalqın arzu və iradəsinə istinad etməlidir....
|
ISTINADƏN (ID - 19543)zərf [ər.] rəs. köhn. İstinad edərək, əsaslanaraq, arxalanaraq, dəlil tutaraq. Mövcud qərarlara istinadən... Mənbəyə istinadən
|
ISTINADGAH (ID - 19544)is. [ər. istinad və fars. ...gah] 1. Sığınacaq, daldalanacaq yer; pənahgah. // İstinad nöqtəsi. [Nəcəf] düşmənin ən qabaq və ən son istinadgahında dayanmışdır. Mir Cəlal.
məc. Arxa, kömək, dayaq, istinad ediləcək qüvvə.... |
ISTINTAQ (ID - 19545)is. [ər.] hüq. Cinayətlə əlaqədar məsələni aydınlaşdırmaq üçün aparılan sorğu-sual; söylətmə, soruşma, dindirmə, ifadə alma (müttəhimdən, şahiddən). Zeynal başını aşağı salmışdı. Ilk istintaqda söylədiyi bir sözü...
|
ISTINTAQÇI (ID - 19546)is. hüq. İstintaq aparan ədliyyə işçisi; müstəntiq.
|
ISTIOT (ID - 19547)is. 1. bot. Tropik bitki və onun dadı kəskin yandırıcı dənələr şəklində olan meyvəsi. Qara istiot. - Istiot cinsinin qara istiot növü. Cənub-Şərqi Asiyanın tropik ölkələrində və Malay adalarında bitən, sarmaşan bitkidir. M.Qasımov....
|
ISTIOTQABI (ID - 19548)is. İçinə istiot tökülən qab.
|
ISTIOTLAMA (ID - 19549)“İstiotlamaq” dan f.is.
|
IŞIQSIZ (ID - 19654)sif. 1. İşığı olmayan, yaxud yaxşı işıq düşməyən. Işıqsız otaq. // zərf İşıq olmadan, lampa yandırmadan; qaranlıqda. Niyə işıqsız oturmusan? // məc. Cansız, həyat işartısı olmayan, ölgün, zəif. Işıqsız göz.
2.... |
IŞIQSIZLIQ (ID - 19655)is. 1. İşıq olmadığı hal və vəziyyət.
2. məc. Cəhalət, mədəniyyətsizlik, nadanlıq. |
IŞIQUCU (ID - 19656)bax işıqyeri. Qoca usta yalnız Tahirin deyil, işıqucu gördüyü hər bir şagirdinin üstündə mehriban bir ata kimi əsməyə çoxdan adət eləmişdi. M.Hüseyn.
|
IŞIQVERICI (ID - 19657)1. sif İşıqsaçan.
2. is. İşıqlandırıcı cihaz. Bütün işıqvericilər lampa malları qrupuna aiddir. |
IŞIQYERI (ID - 19658)is. Ümid yeri, ümid verən şey. Ikinci səbəb o idi ki, Mehdiqulunun umacağı vardı, işıqyeri görünürdü. Mir Cəlal.
|
IŞILDAĞ (ID - 19659)is. məh. Dəniz kənarında ən hündür və görüş dairəsi geniş olan yerdə tikilmiş nişangah, mayak.
|
IŞILDAQUŞ (ID - 19660)is. zool. Qaranlıqda parıldayan cücü. Əyilən yarpağında titrəyərək; Qonmaq istər .. işıldaquş min-min. R.Rza.
|
IŞILDAQUYRUQ (ID - 19661)is. zool. Sərçəkimilər dəstəsindən parlaq, al-qırmızı quyruğu olan quş.
|
IŞILDAMA (ID - 19662)"İşıldamaq” dan f.is.
|
IŞILDAMAQ (ID - 19663)f İşıq vermək, işıq saçmaq. Yerlərdə işıldamır nə bir şam, nə bir ocaq; Göylərdə eşidilir ölüm nərəsi ancaq. Ə.Cəmil. Elektrik lampaları axşamın boz dumanları içərisində sönük bir parıltı ilə işıldayırdı. Q.İlkin....
|
IŞILDATMA (ID - 19664)“İşıldatmaq” dan f.is.
|
IŞILDATMAQ (ID - 19665)f 1. Bir şeyi silməklə, yaxud üzərinə bir şey çəkməklə, sürtməklə parıldatmaq. Şüşələri işıldatmaq. Döşəməni işıldatmaq. - Kəndə yetişəndən sonra Almaz uzunboğaz çəkməsini keçi piyi ilə yağlayıb işıldadır. S.Rəhimov....
|
IŞIL-IŞIL (ID - 19666)işıl-işıl işıldamaq (parlamaq, parıldamaq) - par-par parıldamaq. Pişiyin gözləri qaranlıqda işıl-işıl işıldayır. Üzüyün qaşı işıl-işıl parıldayır. - Dağlar, çəmənlər geyinir al, yaşıl; Yerlər, göylərparıldar işılişıl....
|
IŞILTI (ID - 19667)is. Zəif işıq. Nə işıltı, nə də çıraq, nə bir qara daxma var; Hər yer bütün qalın qar. A.Səhhət. Enirəm qazmaya... Qazma soyuq, dar; Od-ocaq yoxsa da, bir işıltı var. Ə.Cəmil. Qar getdikcə daha şiddətlə yağır, solğun bir...
|
IŞILTILI (ID - 19668)sif İşıltısı olan, işıldayan, parıldayan. Rza bəy nədənsə hirslənib, geri daranmış və ortadan ikiyə bölünmüş işıltılı saçlarını qarışdırdı. Ə.Vəliyev.
|
IŞIRĞAN (ID - 19669)is. bot. Toxumları ədviyyə kimi işlədilən bir bitki. Işırğan bal verən bitkidir.
|
IŞKƏMBƏ (ID - 19670)is. [fars.] Gövşəyən heyvanların ikinci mədəsi. Gövşəyən heyvanlarda udulan yem işkəmbəyə daxil olaraq yumşalır, qarışır, əzilir. “Ümumi zootexniya”.
|
IŞLƏDICI (ID - 19671)is. 1. xüs. İşlədən, hərəkətə gətirən, işə salan.
Bax işlətmə 2-ci mənada. Işlədici dərmanlar. |
IŞLƏDILMƏ (ID - 19672)“İşlədilmək” dən f.is. Maşınların işlədilməsi.
|
IŞLƏDILMƏK (ID - 19673)məch. 1. İstifadə edilmək, tətbiq edilmək, hərəkətə gətirilmək, işə salınmaq. Cihazların işlədilmək qaydası.
Danışıqda, yazıda istifadə edilmək. Danışıqda qəliz sözlər işlədilməməlidir. Onun məqaləsində çoxlu... |
ITAƏTLILIK (ID - 19737)bax itaətkarlıq.
|
ITAƏTSIZ (ID - 19738)sif. İtaət etməyən, tabe olmaq istəməyən, sözə qulaq asmayan; dikbaş, intizamsız. Itaətsiz uşaq.
|
ITAƏTSIZLIK (ID - 19739)is. İtaət etməmə, boyun əyməmə, tabe olmama, sözə qulaq asmama; hörmətsizlik, intizamsızlıq. Qızının belə itaətsizliyi Imamverdiyə artıq dərəcədə təsir etmişdi. S.S.Axundov. Min ilin əzilmiş rəncbəri sanki qəbirdən qalxıb...
|
ITALIYALI (ID - 19740)bax italyan.
|
ITALYAN (ID - 19741)is. İtaliyanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Italyan musiqisi. Italyan operası. Italyan dili Roma imperiyasının süqutundan sonra, latın xalq dili zəminində inkişaf etmişdir.
|
ITALYANCA (ID - 19742)sif və zərf İtalyan dilində. Italyanca-rusca lüğət. Italyanca danışmaq. Italyanca söz sırası sərbəstdir. // is. İtalyan dili. Italyancanın başlıca fonetik və morfoloji xüsusiyyəti, əsasən, saitlə bitməsidir.
|
ITALYANÇILIQ (ID - 19743)is. köhn. Musiqi əsərlərində, əksəriyyətlə operada italyan musiqisi üsullarının tətbiqi.
|
ITARISI (ID - 19744)is. zool. Yuvasını yerdəki deşiklərdə quran bozaçalar rəngli arı növü.
|
ITBALIĞI (ID - 19745)is. zool. Uzunsov başlı, əti yeyilməyən balıq növü.
|
IT-BAT (ID - 19746)it-bat düşmək - itmək, yoxa çıxmaq, yox olmaq. It-bat eləmək - yox etmək, aradan götürmək, məhv etmək. Qarı qollarını çırmalayıb, Məlik vəzirin arvadını doğuzdurdu, gördü ki, bu bir oğlan doğdu ki, eynən Yusifi-Kənan. Istədi...
|
ITBAZ (ID - 19747)is. İt saxlamağı, itlə məşğul olmağı sevən adam. [Koxa:] Səlim bəy itbazdır, tazıları var; Hər səhər onları hey öpüb yalar. S.Rüstəm. [Məktubunda] yazırsan ki, qəsəbənizin əhalisi xoruzbazların, qoçbazların və itbazların...
|
ITBAZLIQ (ID - 19748)is. İt saxlama, itlə məşğul olma. Mollaxanadan qovulan gündən etibarən uşaq fikrini qoçbazlıq, bildirçinbazlıq, itbazlıq və bu kimi işlərə verərdi. H.Sarabski.
|
ITBOĞAN (ID - 19749)is. bot. bax novruzgülü. Itboğanın bəzi növləri dekorativ bitki kimi becərilir.
|
ITBURNU (ID - 19750)is. bot. Qızılgül fəsiləsindən tikanlı kol bitki və onun qırmızı meyvəsi. Itburnu kolu. Itburnu gülü. - Itburnu - qışda yarpağı tökülən, iki metrə qədər hündürlükdə, tikanlı koldur. May ayında çiçəklənir, meyvəsi vitaminlə...
|
ITÇI (ID - 19751)is. İt saxlayan, it yetişdirməklə məşğul olan adam.
|
ITÇILIK (ID - 19752)is. İt saxlamaqla, it yetişdirməklə məşğul olma.
|
Bu səhifə 7 dəfə baxılıb
....