IÇDIRMƏK (ID - 18150)b a x içirtmək.
|
IÇIBOŞ (ID - 18154)sif İçərisi boş olan, içində heç bir şey olmayan; oyuq. Içiboş gövdə. Içiboş buynuz.
|
IÇIRMƏK (ID - 18165)b a x içirtmək. Solğun dodağından cami-sevdanı; Içirmişdir mənə saqiyiəzəl. Ə.Cavad.
|
IFRATÇI (ID - 18277)is. İfrata meyil edən, bir işdə ifratçılıq edən. ..Bütün ifratçılarımıza tövsiyəmiz budur ki, işə əhəmiyyət nəzəri ilə baxsınlar. Ü.Hacıbəyov.
|
IFRATÇILIQ (ID - 18278)is. İfrata varma, ifrata meyil, bir işdə ifrat tədbirlərə əl atma.
|
IFRAZ (ID - 18279)is. [ər.] fiziol. Orqanizmin bir yerindən (yaradan və s.-dən) bir şey (maye) çıxma, axma. Narzan mədə şirəsinin ifrazını artırır. Ə.Əliyev. □ Ifraz etmək - ayırmaq, axıtmaq, dışarı çıxarmaq. Yaranın ifraz etdiyi irin.
|
IFRAZAT (ID - 18280)is. [ər. "ifraz” söz. cəmi] fiziol. Bədənin ifraz etdiyi maddələr. Irinli ifrazat. // Nəcis. ..Insanın və heyvanın bədənindən bayıra çıxan şeylərdə (ifrazatda) həmişə mikroblar vardır. N.Nərimanov.
|
IFRAZETDIRICI (ID - 18281)sif. fiziol. İfraza səbəb olan. Ifrazetdirici dərmanlar.
|
IFRIT (ID - 18282)is. [ər.] 1. İblis, şeytan, cin. [Padşah:] Yalan danışma, ifrit, sən bilməyirsən, mən bilirəm. Ə.Haqverdiyev.
2. Çox sərt, amansız, qəddar adam haqqında. □ Ifrit kəsilmək - bərk acıqlanmaq, amansız olmaq, qəzəblənmək.... |
IFRITƏ (ID - 18283)is. və sif. [ər.] dan. Çox çirkin, bədheybət, bədləkər, kifir (qadın haqqında). Ifritənin biridir. // Araqarışdıran, pislik edən, fitnəkar qadın haqqında. Elə qarı qapını örtcək dəyişilib oldu bir küpəgirən ifritə, cadu....
|
IFRITƏLIK (ID - 18284)is. Həddən artıq çirkinlik, eybəcərlik, bədheybətlik, bədləkərlik.
|
IFŞA (ID - 18285)is. [ər.] Faş etmə, aşkara çıxarma, meydana çıxarma, üstünü açma. □ Ifşa etmək - faş etmək, üstünü açmaq, üzə çıxarmaq, meydana çıxarmaq, açıb göstərmək (birinin cinayətini, gizli niyyətini və s.-ni). Düşmənin hiyləsini...
|
IFŞAÇI (ID - 18286)is. Birinin cinayətinin, hiyləsinin, pis niyyətinin üstünü açan, ifşa edən, aşkara çıxaran, açıb göstərən adam.
|
IFŞAÇILIQ (ID - 18287)is. İfşa etmə, ifşa ilə məşğul olma.
|
IFŞAEDICI (ID - 18288)sif. İfşa edən, faş edən, üstünü açan, aşkara çıxaran, açıb göstərən, ifşa mahiyyətində olan. Ifşaedici sənədlər. Ifşaedici dəlillər. - Bakı komitəsi çar hökumətinin avqust ayındakı xəyanətini ifşaedici bir proklamasiya...
|
IFŞAEDICILIK (ID - 18289)is. İfşa etmə, ifşa mahiyyətində olma.
|
IFTADƏ (ID - 18290)f.sif. [fars.] klas. Düşkün, mübtəla. Bu fəxr yetər kim mənə, iftadeyi-eşqəm; Sal başıma bir sayə hümayi-kərəmindən. Ə.Vahid.
|
IFTADƏLIK (ID - 18291)is. Düşkünlük, mübtəlalıq. Iftadəliyim gör, etmə ehmal; Rəhm et, bir əyaq ilə əlim al! Füzuli.
|
IFTAR (ID - 18292)is. [ər.] din. Oruc açma, oruc açdıqda yeyilən yemək. Xavərimsə bu gün oruc tutmuş olduğundan, axşam üçün iftar tədarükü görürdü. T.Ş.Simurq. □ Iftar açmaq (yemək) - oruc açmaq. Axund iftarı yeyib, təsbehi alır əlinə, başlayır...
|
IFTARLIQ (ID - 18293)is. din. İftar (oruc açma) üçün hazırlanan yemək(lər).
|
IFTIXAR (ID - 18294)is. [ər.] 1. Fəxr, fəxr etmə. Bu gündən belə Iran əhli öz millətləri ilə iftixara haqlıdır. Ü.Hacıbəyov. “Molla Nəsrəddin” bizim inkişaf tariximizdə, xalqımızın ictimai həyatında çox mühüm və iftixara layiq bir hadisədir....
|
IKIARVADLI (ID - 18378)sif. köhn. İki arvadı olan, iki arvad saxlayan. [Zeynal] tamamilə ikievli, ikiarvadlı idi. S.Hüseyn. // İki qadın olan. Ikiarvadlı ev süpürülməmiş qalar. (Məsəl). // İs. mənasında. [Gülsabah Məşədi Qədimə:] Hələ orada da sənin...
|
IKIARVADLILIQ (ID - 18379)is. köhn. İki arvadı olma, iki arvad saxlama. Məşədi Qədimin ikiarvadlılığı çoxdan deyildi. T.Ş.Simurq. [Ceyran] ümumiyyətlə, kənd kişilərini ikiarvadlılıqda töhmətləndirirdi. S.Hüseyn.
|
IKIATLI (ID - 18380)sif İki at qoşulmuş. Ikiatlı araba. Ikiatlı fayton.
|
IKIATOMLU (ID - 18381)sif kim. İki atomdan ibarət olan. Ikiatomlu birləşmə.
|
IKIAVARLI (ID - 18382)sif İki avarı olan; qoşaavarlı. Ikiavarlı qayıq.
|
IKIAYAQLI (ID - 18383)sif 1. İki ayağı olan.
2. məc. dan. İnsan mənasında epitet kimi işlənir. [Xortdan:] Tehranda bir nəfər ikiayaqlı qalmadı. Ə.Haqverdiyev. |
IKIAYLIQ (ID - 18384)sif 1. İki ay davam edən və ya davam etmiş. Ikiaylıq ezamiyyət. Ikiaylıq məzuniyyət. Ikiaylıq kurslar. // İki aydan bir nəşr olunan, çıxan (jurnal, qəzet və s).
2. Yaşı iki aydan ibarət olan. Ikiaylıq uşaq. |
IKIBARMAQLI (ID - 18385)sif Əlində, ya ayağında ancaq iki barmağı olan.
|
IKIBAŞA (ID - 18386)zərf Hər iki tərəfə, hər iki başa. Maşını ikibaşa danışmaq.
|
IKIBAŞLI (ID - 18387)sif 1. İki başı (ucu, qurtaracağı) olan. Ikibaşlı ağac. İki başı olan. Ikibaşlı heyvan. - [Dərviş:] Dünyamız dərə-təpəli, dərin-dərin quyulardır; qanxor, rəhmsiz, ikibaşlı əjdahalar, - deyib bağırırıq. A.Divanbəyoğlu....
|
IKIBƏNDLI (ID - 18388)sif əd. İki bənddən ibarət olan. Ikibəndli şeir.
|
IKIBƏTNLILƏR (ID - 18389)is. zool. Kisəli məməli heyvanlar ailəsindən kisəli siçanlar fəsiləsi.
|
IKIBIR (ID - 18390)say. İki-iki, cüt-cüt. Yolçular çarəsiz qalıb nagah; Ikibir, üçbir oldular həmrah. H.Cavid. Qocalar bir-birindən soruşur, ikibir, üçbir gəlir və torpaq şöbəsinə çıxırdılar. S.Rəhimov. Indi tez-tez sağsağan, qarğa, tək-tək,...
|
IKIBOGAZLI (ID - 18391)sif İki boğazı olan (bax boğaz1
|
IKIBUCAQLI (ID - 18392)sif İki bucağı olan.
|
IKIBUYNUZ(LU) (ID - 18393)bax qoşabuynuz(lu).
|
IKICANLI (ID - 18394)sif Hamilə, boyudolu. Ikicanlı qadın. - Getdin ora bircanlı, qayıtdın ikicanlı; Dərdin bir idi, indi min oldu, a zavallı. M.Möcüz. □ Ikicanlı olmaq - hamilə olmaq. Ay keçdi, il keçdi bundan; Ikicanlı oldu Gülyaz. A.Şaiq. Ağamehdi...
|
IQRARSIZ (ID - 18587)sif. Dəyanətsiz, öz sözündə, vədində, qərarında sabit olmayan. Vaqifi sevdi bir iqrarsız bivəfa; Badə getdi tamam çəkdiyi cəfa. M.P.Vaqif.
|
IQREK (ID - 18588)1. Latın əlifbasının axırıncıdan əvvəlki hərfi (y).
riyaz. X, Z hərfləri ilə yanaşı olaraq, həmin hərflə işarə olunan məchul kəmiyyət. məc. Naməlum, yaxud adı çəkilmək istənilməyən şəxsə işarə. |
IQTA (ID - 18589)is. [ər.] köhn. 1. Bağışlanmış və ya icraya verilmiş yer.
2. Malikanə. |
IQTIBAS (ID - 18590)is. [ər.] Bir sözü, cümləni və ya fikri eynilə və ya məzmunca başqasının əsərindən alma, götürmə. □ Iqtibas etmək
götürmək, almaq (fikri, sözü və s). |
IQTIDAR (ID - 18591)is. [ər.] 1. Qüvvət, taqət, güc. Yeriməyə iqtidarı yoxdur. Danışmağa iqtidarı çatmır. - Bura adətən can verən əsirlər, ayağı üstündə durmağa iqtidarı olmayanla gətirildiyi üçün, bu “ölüm hücrələrinin “keşiyi zəifdi....
|
IQTIDARLI (ID - 18592)sif. 1. İqtidarı olan, gücü çatan; güclü, qüvvətli.
2. Bacarıqlı, qabiliyyətli, qüvvətli. Iqtidarlı yazıçı. - “Məktubati-Şeyda bəy “sərlövhəsi ilə yazdığı “Müəllimlər iftixarı “və “Gəlinlər həmayili”... |
IQTIDARSIZ (ID - 18593)sif. İqtidarı olmayan, gücü çatmayan; qüvvətsiz, gücsüz. // Bacarıqsız.
|
IQTIDARSIZLIQ (ID - 18594)is. Qüvvətsizlik, gücsüzlük. // Bacarıqsızlıq.
|
IQTISAD (ID - 18595)is. [ər.] bax iqtisadiyyat 1-ci mənada. Uca mədəniyyət yüksək iqtisaddan asılıdır. M.S.Ordubadi. □ Siyasi iqtisad bəşər cəmiyyəti inkişafının müxtəlif pillələrində ictimai istehsalı və onun paylaşdırılması qanunlarını...
|
IQTISADÇI (ID - 18596)is. 1. Bax iqtisadiyyatçı.
tar. siyasi. İqtisadçılıq tərəfdarı (bax iqtisadçılıq). |
IQTISADÇILIQ (ID - 18597)is. tar. siyasi. XIX əsrin axırlarında - XX əsrin əvvəllərində Rusiya sosial-demokrat hərəkatında opportunist cərəyan (bu cərəyan tərəfdarlarının fikrincə, fəhlə sinfi ancaq öz iqtisadi vəziyyətini yaxşılaşdır maq uğrunda...
|
IQTISADI (ID - 18598)sif. İqtisadiyyatla bağlı olan, təsərrüfata aid olan. Ölkələr arasında iqtisadi əlaqə. Iqtisadi məsələ. Iqtisadi böhran. Iqtisadi qanunlar. Iqtisadi həyat. - “Kəşkül” hər məsələdən yazırdı, iqtisadi, ictimai, siyasi, ədəbi...
|
Bu səhifə 1857 dəfə baxılıb