1
İzahlı lüğət - I hərfi ilə başlayanlar - H. 3
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

INSAF (ID - 19042)

is. [ər.] 1. İnsanda vicdan və ədalət hissi, öz hərəkətləri üçün mənəvi məsuliyyət hissi; vicdana müvafiq hərəkət. Insaf dinin yarısıdır. (Ata. sözü). Bəylərin bəyisən, xanların xanı; Unutma insafi, satma imanı.. Aşıq...

INSAFƏN (ID - 19043)

zərf [ər.] İnsafla deyilsə, düzü deyilsə, həqiqətdə (təsdiq bildirir). Insafən o, yaxşı işçidir. Insafən yaxşı uşaqdır. - Insafən [Murad bəydə] padşah cəlalı vardı. Qantəmir. ..Gülər insafən ən gözəl bir qız idi. C.Cabbarlı....

INSAFLI (ID - 19044)

sif İnsafı olan, insafla iş görən. Insaflı adam. - [Vəli bəy:] Çox insaflı adamsan, mən çalışmağımı hesab etmirəm, çünki dost dost yolunda canını da qoyar. S.S.Axundov. Qoy Mehribanın Zeynal ilə Naşada verdiyi bu sualı hər bir...

INSAFSIZ (ID - 19045)

sif 1. İnsaflı olmayan, mürüvvətsiz; zalım, qəddar, rəhmsiz. Insafsız günəş də ki batmaq bilmirdi. E.Sultanov. Insafsız, avam bir adam olan əmim arvadı iri mis səhəngi çiynimə verib səhərdən axşama qədər mənə ayaqyalın, başıaçıq...

INSAFSIZCA(SINA) (ID - 19046)

zərf Rəhmsizcəsinə, amansızcasına, vəhşicəsinə. [Ərəblinskini] insafsızcasına döymüşdülər. S.Rəhimov. // Vicdansızcasına, haqsızcasına, həyasızcasına. Onu insafsızcasına aldatmışlar.

INSAFSIZLIQ (ID - 19047)

is. Rəhmsizlik, mürüvvətsizlik; zalımlıq, qəddarlıq. // Vicdansızlıq, ədalətsizlik, haqsızlıq; vicdansız, haqsız hərəkət. □ İnsafsızlıq etmək - ədalətsiz, vicdansız hərəkət etmək, haqsızlıq etmək. Veys haqqında insafsızlıq...

INTIZAMLI (ID - 19128)

sif. İntizama ciddi surətdə riayət edən, qayda və qanuna əməl edən. Intizamlı şagird. Intizamlı işçi. Intizamlı döyüşçü.

INTIZAMLILIQ (ID - 19129)

is. İntizamlı olma, nizam və intizamı gözləmə.

INTIZAMSIZ (ID - 19130)

INTIZAMSIZLIQ (ID - 19131)

is. 1. Nizam və intizamın olmadığı hal, nizam və intizama riayət etməmə. Ən geridə qalan bu bölüyün zəif cəhətləri intizamsızlıq, qeyri-mütəşəkkillikdir.
2. Qarmaqarışıqlıq, tərtibsizlik, səliqəsizlik, nizam və qayda...

INTIZAR (ID - 19132)

is. [ər.] Həsrət içərisində gözləmə, səbirsizliklə gözləmə. Neçə rəfiqimüvafiqlə əlləşib içə mey; Nə kəsri-məclisimeydən, nə intizarı ola. S.Ə.Şirvani. On beş gün ayrılıq on beş il keçdi; Öldürdü intizar, gözüm...

INTIZARÇILIQ (ID - 19133)

is. dan. Səbirsizliklə gözləmə, intizar çəkmə, gözü yolda qalma; nigarançılıq.

INTIZARLI (ID - 19134)

sif şair. Həsrətli, nigaran, intizarla dolu, intizar ifadə edən. Göyərib bağça, nanə; Bağ nanə, bağça nanə; Intizarlı gözlərim; Doyunca bax cananə! (Bayatı). Məsmə arvadın başında intizarlı fikirlər bir-birini təqib edirdi....

INTONASIYA (ID - 19135)

is. [lat.] dilç. 1. Səs tonunun ucalıb-alçalması; ton, tələffüz xüsusiyyəti.
2. Musiqi alətində çalarkən, yaxud oxuyarkən tonun düzgün və ya yanlış səslənməsi.

INTRIQA (ID - 19136)

[fr.] 1. Bir məqsədə (adətən pis məqsədə) yetmək üçün əlaltından görülən iş; hiylə, fitnə. Intriqa aparmaq. Intriqa qurbanı. - ..Təbriz şəhəri irticanın və siyasi intriqaların mərkəzinə çevrildi. M.S.Ordubadi. [Tələbə:]...

IRSAL (ID - 19304)

is. [ər.] klas. Göndərmə, yollama. Irsal etmək (qılmaq) - göndərmək, yollamaq. Ənam edibən ona bəsi mal; Leyli tələbinə qıldı irsal. Füzuli. Alıb irsal qıllam nəqdi-can ilə nə əmr etsən; Buyur, hər xidmətin vardır bizə nisbət,...

IRSAL-MƏRSUL (ID - 19305)

[ər.] köhn. Yazışma, məktublaşma, bir-birinə məktub göndərmə. □ Irsal-mərsul etmək, irsal-mərsula girmək - yazışmaq, məktublaşmaq, məktub göndərmək. [Ağa Məhəmməd xan:] Gürcüstan valisi Irakli bir yandan Rusiya dövləti...

IRSƏN (ID - 19306)

zərf [ər.] İrsi olaraq, irs yolu ilə, ata-anadan keçərək. Lamarka görə, həyat şəraitinin təsiri ilə baş verən dəyişmələr irsən nəslə keçir. M.Axundov.

IRSI (ID - 19307)

sif [ər.] 1. Miras olaraq qalan, miras yolu ilə keçən. Irsi torpaq. Irsi mülk.
2. İrs olaraq ata-anadan keçən, nəslən keçən. Irsi xasiyyət. Irsi xəstəliklər. - Tərbiyə işi nəsli və irsi bir iş deyildir. M.S.Ordubadi. [Müəllim:]...

IRSILIK (ID - 19308)

is. İrs olma, irsdən gəlmə, irsi hal.

IRSIYYƏT (ID - 19309)

is. [ər.] 1. Orqanizmin öz əcdadından almış olduğu təbii xüsusiyyətlərin məcmusu.
Canlı orqanizmin öz fiziki və psixi xüsusiyyətlərini nəslinə keçirmə hadisəsi. Irsiyyət haqqında nəzəriyyə. - Cürbəcür bioloqlar cinsiyyət...

IRŞAD (ID - 19310)

is. [ər.] klas. Doğru yol göstərmə, doğru yola çəkmə, qəflətdən oyatma. Irşadını bilmədim qənimət; Yüz vay ki, fövt olundu fürsət. Füzuli. Döydülər, söydülər, əl çəkmədim irşadımdan. A.Səhhət. □ Irşad qılmaq klas....

IRTIBAT (ID - 19311)

is. [ər.] Rabitə, əlaqə, bağlılıq. ..Bizim səadətimizlə yoldaşımızın səadəti arasında böyük bir irtibat vardır. Ü.Hacıbəyov. ..Məruf bir zat Azərbaycana gəldi, qeyri-rəsmi bir irtibat yaratdı. M.İbrahimov.

IRTIBATÇI (ID - 19312)

is. hərb. Rabitəçi, rabitə əsgəri. ..Arada bir irtibatçısından öyrəndi ki, .. top da hələ yaxşı müqavimət göstərməkdədir. Ə.Əbülhəsən.

IRTIBATSIZ (ID - 19313)

sif Rabitəsiz, rabitəsi, əlaqəsi olmayan, bir-birinə uyğun gəlməyən, bir-biri ilə bağlı olmayan. [Gülzarın] sözləri irtibatsız və nizamsız olduğu üçün, bəlkə məntiqsiz yerləri də var idi. C.Cabbarlı.

IRTICA (ID - 19314)

is. [ər.] Dövrü keçmiş hakim siniflərin ictimai tərəqqiyə qarşı siyasi, iqtisadi və ideoloji müqaviməti; cəmiyyətin inkişafına mane olan keçmiş köhnə üsul və qaydaları mühafizə və ya bərpa etmək cəhdləri. Təbriz şəhəri...

IRTICAÇI (ID - 19315)

is. Siyasi irtica tərəfdarı, mədəniyyət və tərəqqi düşməni.

IRTICAÇILIQ (ID - 19316)

is. İrtica tərəfdarlığı, irtica siyasəti yeritmə, ictimai tərəqqiyə və mədəniyyətə düşmənlik.

IRTICAL (ID - 19317)

is. [ər.] Qabaqcadan düşünmədən sinədən şeir və ya söz söyləmə; bədahət.

IRTICALƏN (ID - 19318)

zərf [ər.] Qabaqcadan düşünmədən, sinədən; bədahətən. [Çopo:] Irticalən söylədiyi şeirdən [Milnirin] şair olduğu meydana çıxdı. Çəmənzəminli.

IRTICAPƏRƏST (ID - 19319)

[ər. irtica və fars. ...pərəst] bax irticaçı.

IRTICAPƏRƏSTLIK (ID - 19320)

bax irticaçılıq.

IRTIHAL (ID - 19321)

is. [ər.] köhn. 1. Yüksəlmə, yuxarı qalxma.
Tərəqqi etmə, inkişaf etmə.
Yüksəklik.

ISMƏTLI (ID - 19404)

sif. Namuslu, həyalı, abırlı, əxlaqlı, təmiz, məsum. - Gülzarın namuslu və ismətli (z.) olduğu xüsusi bir tərzdə dillərdə dolaşırdı. C.Cabbarlı. Zəmanənin xarab bir vaxtında nəcib, gözəl, həyalı, iffət və ismətli bir qız...

ISMƏTLILIK (ID - 19405)

is. Namusluluq, həyalılıq, abırlılıq, əxlaqlılıq, əxlaq təmizliyi. // Məsumluluq, günahsızlıq.

ISMƏTSIZ (ID - 19406)

sif İsmətini itirmiş, namussuz, abırsız, həyasız, şərəfsiz, üzündə pərdə olmayan. ..Mənim sözüm budur ki, ümumiyyətlə, heç bir millətin barəsində demək olmaz ki, filan millətin övrətləri bietibar və ismətsizdir. “Mol....

ISMƏTSIZLIK (ID - 19407)

is. İsməti, abırı, həyası olmama; abırsızlıq, həyasızlıq.

ISNAD (ID - 19408)

[ər.]: isnad etmək (vermək) - bir şeyi bir şəxsə və ya bir yerə və s.-yə aid etmək, nisbət vermək, bağlamaq; üstünə atmaq mənalarını bildirir. Zülfi-müşkininə dil verdim, o, qanım tökdü; Bu xəta düşdü özündən, mənə...

ISNADƏN (ID - 19409)

[ər.] köhn. ...əsasən, ...görə, isnad edilərək. Alınan xəbərlərə isnadən... Əldəki sənədlərə isnadən demək olar ki

ISPAN (ID - 19410)

is. İspaniyanın əsas əhalisini təşkil edən, roman dillərindən birində danışan xalq və bu xalqa mənsub adam. Ispan musiqisinin janr xüsusiyyətləri. Ispan ədəbiyyatının görkəmli nümayəndələri. Ispan dilinin ilk qrammatikası 1492-ci...

ISPANAQ (ID - 19411)

is. bot. Qısa yeməli yarpaqları olan birillik tərəvəz bitkisi. Ispanaq iki növdür: ev və vəhşi (çöl) halda bitən ispanaq. Ispanaqları ətə qatıb, müxtəlif xörək bişirməyə sərf edirlər. A.Quliyev.

ISPANCA (ID - 19412)

sif. və zərf İspan dilində. Ispanca kitab. Ispanca-latınca lüğət. Ispanca danışmaq.

ISPANIYALI (ID - 19413)

is. İspaniya əhalisindən olan, İspaniya vətəndaşı.

ISPANKA (ID - 19414)

[rus.] tib. 1918-1919-cu illərdə əvvəlcə İspaniyada baş verib, sonralar başqa ölkələrə yayılmış qrip xəstəliyinin bir növü.

ISPOLKOM (ID - 19415)

[rus. исполнительный комитет söz. ixtisarı] tar. dan. İcraiyyə komitəsi (canlı dildə bəzən həmin komitənin sədri mənasında). [Qızyetər:] A Fatmanisə, nə olar gedib bir ispolkoma xəbər verib, onlardan bir səhih...

ISRAF (ID - 19416)

is. [ər.] Artıq və lazımsız yerə xərcləmə, sərf etmə, işlətmə, dağıtma, puç etmə. Israf haramdır. (Ata. sözü). Atasının bu qədər yersiz israfi və belə faciəli ölümü Əşrəfi çox düşündürürdü. A.Şaiq. Yoxlama zamanı...

ISRAFCIL (ID - 19417)

b a x israfçı 1 -ci mənada.

ISRAFCILLIQ (ID - 19418)

bax israfçılıq 1-ci mənada.

ISRAFÇI (ID - 19419)

is. 1. İsraf edən, israfa yol verən; bədxərc.
2. Özünə inanılıb tapşırılmış pulu, malı və s.-ni israf edən adam.

ISRAFÇILIQ (ID - 19420)

is. 1. İsrafa yol vermə, artıq və lazımsız yerə xərcləmə, dağıtma. Israfçılıq etmək.
2. Özünə inanılıb tapşırılan pulu, malı və s.-ni israf etmə, öz məqsədləri üçün xərcləmə, sərf etmə. Balacayevi böyük bir...

Bu səhifə 7 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif