İzahlı lüğət

HAKİM

is. [ər.] 1. hüq. Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran vəzifəli şəxs. Xalq hakimi. - Elə bil Zeynal çox xətrini istədiyi bir adamın yox, hakimin suallarına cavab verirdi. B.Bayramov.
idm. Oyunda, yarışda hakimlik edən şəxs. Futbol hakimi. Hakimin qərarı. Beynəlxalq dərəcəli hakim. - Hakimlər əllərindəki [saniyəölçənləri] hazır tutub, diqqətlə gözləyirdilər. H.Seyidbəyli.
tar. Bir ölkənin başında duran, onu idarə edən şəxs (padşah, hökmdar, xan və s.). Gəncənin hakimi, Qızıl Arslandan aldığı məktubu böyük şair Nizamiyə göstərib dedi.. M.S.Ordubadi. Şahlıq səltənətindən şah Təhmasib qovuldu; Səlim oğlu Süleyman Bağdada hakim oldu. B.Vahabzadə. // Sif mənasında. Hakim təbəqələrə mənsub olan, hakimiyyət başında duran, hökmranlıq edən, ağalıq edən. Hakim siniflər. - Hakim təbəqələr pul və dövlət gücünə harınlıq edərək nə qədər ismətli və həyalı ailələri dağıtmışlar. M.Ibrahimov.
□□ Hakim kəsilmək - hakim olmaq, təsiri altına almaq. Mahnı onların bütün varlığına hakim kəsildi. Ə.Məmmədxanlı. Mənim öz könlümdə doğulan eşqim; Hakim kəsilibdir könlümə indi. B.Vahabzadə. Hakim olmaq əlinə keçirmək, özününkü etmək, özünə tabe etmək. Hakim olduq, nəhayət; Yerə, göyə, dənizə. M.Müşfiq. // Məc. mənada. Bu axşam Zərəngiz Zakirin ürəyinə də hakim oldu. H.Seyidbəyli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

HOP

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed