hello...11... HA1 sözünün izahı / HA1 sözünün mənası

İzahlı lüğət

HA1

Nida kimi aşağıdakı mənalarda işlənir:
saqındırma, xəbərdarlıq və ya əmr, tapşırıq bildirir, habelə diqqəti cəlb etmək üçün işlədilir. Ona bir söz demə ha! Özünü gözlə ha! Ora getmə ha! - [Minnət xanım:] Ancaq mən olduğumu demə ha! Ü.Hacıbəyov. [Turac:] Ey, düz-əməlli danış ha!
Əfəndiyev. Kəblə Abbasəli naqanı tuşladı:
Al gəlsin, vurdum ha! Mir Cəlal.
təkid, vaciblik, lazımlıq bildirir. Bizə gələrsən ha! Xahişimi unutma ha! - [Ana:] Qızlar, mənim bu balamdan muğayat olun ha! (Nağıl).
heyranlıq, valehlik bildirir. Gözəldir ha!
ç) intonasiyadan asılı olaraq, bəzən sözə,
cümləyə istehza, rişxəndlik çaları verir. Amma yazmısan ha. Ay tutdun ha. - [Hatəm:] Budu ha!.. [Düşmən] gəlib çıxıb ey.. Ə.Əbülhəsən.
təkrar bildirir - nə qədər. Ha deyirəm, təsir etmir. - Hər bir qəzeti əlimizə alsaq, görəcəyik ki, elə haman sözlərdir ki, ha eşidirik C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!