İzahlı lüğət

ÜZÜK1

is. 1. Əsasən qızıldan qayrılan, bəzək üçün və ya evlilik rəmzi kimi barmağa taxılan halqa; barmaqlıq. Brilyant qaşlı üzük. - Balaca bir qutudan [Səkinə] “Zvezda” markalı qızıl saat və zümrüd qaşlı bir üzük çıxartdı. M.Ibrahimov. Güldanə titrəyən barmaqlarından anasının bağışladığı üzükləri çıxardıb gizlətdi. Ə.Vəliyev. □ Üzük gətirmək (aparmaq) etnoqr. - razılıq əldə edildikdən sonra qıza nişan taxmaq üçün oğlan evindən qız evinə üzük və şirni gətirmək (aparmaq). [Rəşid:] Bir neçə gündən sonra üzük aparırlar, Fərəcin böyük qızı Qurbanqulu üçün alınır. T.Ş.Simurq. iki gün sonra elçiliyə gələn arvadlar üzük gətirdilər. M.S.Ordubadi. Üzük qaşı - üzüyün üstündə olan qiymətli daş. Qanlı göz yaşlarıyla ömrü ötüb gecənin; Gözündə bir quruşa dəyərmi üzük qaşı? B.Vahabzadə. Üzük taxmaq nişanlı olduğunu bildirmək üçün qızın barmağına üzük keçirmək; nişanlamaq. Qıza üzük taxmaq. - Qətibənin barmağına Şərqin ən qiymətli cavahirini daşıyan bir üzük taxıldı, kəbin siğəsi oxundu, sonra da şam süfrəsinin başına keçdilər. M.S.Ordubadi.
2. Üzük şəklində detal, hissə. Valın üzüyünü dəyişmək.
□□ Üzük qaşı kimi əhatə etmək (dövrəyə, araya almaq, halaylamaq) - əhatə etmək, mühasirəyə salmaq, ətrafını tutmaq, hər tərəfini sarmaq. Məmmədəli bəy at minib, öz dəstəsilə Nəbini üzük qaşı kimi araya alır. “Qaçaq Nəbi” . Maşın məktəb həyətində dayananda camaat onu üzük qaşı kimi halaylamışdı. R.Rza. Üzükdən keçmək - çox zərif, incə şey haqqında. Gözəl xala deyir, Qəmər dəvə yunundan bir pencəklik şal toxumuşdu, üzükdən keçirdi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

Ü

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed