İzahlı lüğət

ÜMİDVAR

sif. 1. Ümidli, ümid edən. □ Ümidvar etmək - bax ümidləndirmək. Ümidvar olmaq - 1) ümid etmək, arxayın olmaq. [Molla Xəlil] belə bir mübarizədən qalib çıxacağına ümidvar olsaydı, müəllimlə rəftarı tamamilə başqa tərzdə olardı. S.Hüseyn. [Nəbi:] Ölsəm də, oluram buna ümidvar; Analar minlərcə Nəbilər doğar. S.Rüstəm; 2) etibar etmək, qızmaq, inanmaq, xatircəm olmaq. [Qədir] ailəsini yalnız Nəsirə ümidvar olub gedə bilərdi. S.Hüseyn.
2. Ümidvaram şəklində - xatircəməm, inanıram. Məcnun dedi: - Mən fədayi-yarəm; Vəslinə onun ümidvar əm. Füzuli. [Elçin:] ..Ümidvaram ki, Sevinc çox gözəl usta olacaqdır. Z.Xəlil.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed