İzahlı lüğət

ÜSTÜÖRTÜLÜ

1. sif. Üstü örtülmüş, üstü açıq olmayan, örtüsü olan, örtülü. Ancaq təktük üstüörtülü faytonlar içində miniklər görünürdü. S.M.Qənizadə. Üstü-örtülü, qara bir maşın gecənin sakitliyini pozdu. S.Vəliyev.
2. məc. Aydın olmayan, örtülü, müəyyən olmayan, eyhamlı, üstüpərdəli. [Şamama Cadu:] Üstüörtülü sözdən fayda yoxdur. Ə.Haqverdiyev. // Zərf mənasında. Üstüörtülü danışmaq. - [Əliqulu:] Yaxşı, baxarıq! deyə, üstüörtülü bir cavab verib ayrıldım. S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed