İzahlı lüğət

ÜŞÜMƏK

f 1. Canına üşütmə düşmək, bədənində soyuğun təsirini hiss etmək, soyuqdan titrəmək. Ləhləyirlər, tərləyirlər, əl-üzləri qızarmış; Bir parası çox üşüyür, əl-üzləri bozarmış. A.Səhhət. Soyuq yel əsməyə başladı. Zəhra üşüdü. Ə.Vəliyev.
2. məc. Donuşmaq, soyuqdan büzüşmək. Ay külək, dərədən iti əsmə, gəl; Axı tənha qovaq üşüyür orda. N.Xəzri. Üfüqdən uzanmış şüalar altında parlayan körpə payız otları üşüyürmüş kimi titrəşirdi. İ.Əfəndiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

ÜZ

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed