Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

ÜST

sif. və zərf 1. Bir şeyin ən yuxarı səthi, üzü; üzər (alt ziddi). Şkafın üstünü təmizləmək. - Sona kağızı mizin üstünə qoymuşdu. N.Nərimanov. Dildarın hirsi xeyli soyumuş, köpü bir az alınmışdı. Könülsüz-könülsüz gedib, kuşetkanın üstündə oturdu. Ə.Vəliyev. Yuxarıda olan, yuxarıda yerləşən, yuxarıdakı. Üst çənə. Üst dişlər. - Kərimqulu isə üst eyvanda dayandığı yerdən həyətə düşdü. S.Rəhimov. Mən hansı pilləkənlə yuxarı qalxacağımı bilmir, üst mərtəbənin pəncərələrini gözdən keçirirdim. Ə.Məmmədxanlı. Uzanmış halda olan adamın üst tərəfi. Memar Sadıqzadə üstünə çəkdiyi ipək yorğanı sinəsinə qədər endirdi. S.Rəhimov. [Növrəstə] tərəkəmələrdən qalmış köhnə keçəni üstünə çəkdiyi zaman qapıya bir təkan vuruldu. Ə.Abasov.
Tikilinin, binanın yuxarıdakı səthi; dam. Anbarın üstü örtülmüşdür. - Alagöz kəndbəkənd dolanır, gecələrini uçuq daxmalarda, kənd kənarındakı üstü küləşli mərəklərdə keçirirdi. S.Rəhimov. [Cavad] evlərinin üstündən güclə görünən həmişə başıdumanlı Gədik dağını gördü. Ə.Vəliyev.
Üzər. Çayların üstündən buz körpü saldı; Seyrəldi get-gedə gediş-gəliş də. S.Vurğun. Kərimov cəld addımlarla çay kollarının üstündən keçib getdi. H.Seyidbəyli.
Geyimin bayır tərəfi, üzü. Üstünü ləkələmək. Üstünü silkələmək. Üstdən geyilən. Mürşüd kişi köhnə qara şal pencəyinin ətəyini yuxarı qaldırıb, üst köynəyinin yamağını göstərdi. Ə.Vəliyev. // Paltar, üst-baş. Üstünü dəyişdirmək. Üstünü şotkalamaq. - Qız cəld üstünü çırpıb, qızara-qızara otağa qaçdı. Çəmənzəminli.
Kənar, qıraq, yaxınlıq. Nəriman yol üstündə dayanıb, gələn bir maşına dayanmaq işarəsi verdi. Mir Cəlal. Bu bağça mənim yolumun üstündə idi. Mir Cəlal. // Bel, dal. Koroğlu qırğı kimi şığıyıb Eyvazı götürdü, atın üstünə qoydu. “Koroğlu” . Əbil kəhər atın üstündə çox vüqarla oturmuşdu. Ə.Vəliyev. Üstündə şəklində - səbəb bildirir; ...görə, ...səbəbinə. Sənin üstündə mənə söz gələcək. Hər şeyin üstündə adam əsəbiləşməz. Səfəri adam öldürmək üstündə Sibirə göndərdilər. S.S.Axundov. Cərimə verməmək üstündə, ya da başqa günah üstündə axtarılan yoxsul burada özünü asanlıqla aradan çıxara bilirdi. Ə.Əbülhəsən.
Barəsində, haqqında, xüsusunda. [Nurcahan:] Mən Səfiqulunun xalasıyam. Səninlə bir mətləb üstə danışmaq istəyirəm. N.Vəzirov. □ Nə üstə (üstdə) - nə üçün, nəyə görə, nə səbəbə. [Cənnətəli ağa:] Səni nə üstə vurdu, a gədə? N.Vəzirov. Kimsə dedi:
Bəy Almazı döyür. - Nə üstdə? - Çəkmə üstdə! S.Rəhimov. Üstündəki şəklində - ixtiyarındakı, öhdəsindəki, üzərindəki. [Mustafa xan] Bainhəmə mən də və mənim üstümdəki qoşun da, hamımız özümüzü sənə qurban demişik. Ə.Haqverdiyev.
□□ Üst dodağı göy süpürür, alt dodağı
yer - çox qaşqabaqlı, acıqlı, üzügülməz adam haqqında. Üstü açılmaq - faş olmaq, məlum olmaq, ortaya çıxmaq. [Qaraca qız] xeyli təşvişdə idi, çünki bilirdi ki, bu sirrin üstü açılsa, Pəricahan xanım onu buradan qovub, qızını da böyük tənbeh edəcəkdir. S.S.Axundov. [Əsgər:] Zərər yoxdur, bir-iki saatdan sonra mənim kələyimin üstü açılar. Ü.Hacıbəyov. Üstü yoxdur - tayı-bərabəri, misli-bərabəri olmayan şey haqqında. Burası var ki, sirr saxlamaqda üstü yoxdur, - deyə, Məşədibəy başı ilə təsdiq etdi. S.Rəhimov. Üstündə durmaq - 1) fikrindən, təklifindən, sözündən əl çəkməmək, dönmədən müdafiə etmək, inad göstərmək. Fikrinin üstündə durmaq. - Qarı sözünün üstündə durmuş və bu il iki qutu toxum götürmüşdü. Ə.Sadıq; 2) müzakirə, götür-qoy, məsləhət nəticəsində bir çox şeydən, adamdan birini seçmək, birini bəyənmək. Nəhayət, trest altımərtəbəli yaşayış evinin üstündə durmuşdu. M.İbrahimov. Üstündə zağ-zağ əsmək - həddindən artıq əzizləmək, sevmək. Ata-anası da, dayısı da Müşgünazın nazı ilə oynayar, onu əzizlər, üstündə zağzağ əsərdilər. Ə.Vəliyev. Üstündən ağır yük götürülmək - üzərində olan ağır işdən qurtarıb azad nəfəs almaq, rahatlanmaq. Sözü [Rüstəm] eşidən kimi sanki üstündən ağır bir yük götürüldü. M.İbrahimov. Üstündən bir daş! - tamamilə unudulmalı, yaddan çıxarılmalı, bir daha maraqlanmamalı şey haqqında. Üstündən dağ götürülmək - ağır ruhi əzabdan, iztirabdan, yaxud qayğıdan qurtarmaq, narahatedici fikirdən azad olmaq. Üstündən keçmək - bənd olmamaq, əhəmiyyət verməmək, ağartmamaq. Sualın üstündən keçmək. Üstündən qələm çəkmək - yazılmış bir şeyi pozmaq, atmaq, çıxarıb atmaq. Üstünə açılmaq - üstünə qışqırmaq, acıqlanmaq. Aslan Rüstəm kişinin Salmana acıqlı bir nəzər saldığını görüb, indicə onun üstünə açılacağını gözlədi. M.İbrahimov. Üstünə artırmaq - bax üstünə qoymaq. Üstünə atmaq - bax üstünə yıxmaq. Üstünə ayaqlanmaq (ayaq almaq) - üstünə hücum etmək, qalxışmaq. [Badam xala:] Yazılmasam, tay-tuş üstünə ayaq alar. Mir Cəlal. [Qadın:] Uşağım olsaydı, mən qoyardım ki, Mustafa mənim üstümə ayaq alsın? E.Sultanov. Üstünə buzlu su tökmək - bax üstünə soyuq su tökmək. Üstünə düşmək - 1) bir şeyi həyata keçirməkdə inad göstərmək, ona nail olmağa var qüvvəsi ilə çalışmaq; 2) üstünə hücum etmək, üzərinə atılmaq. Sərhəd kazakları Əkbərin üstünə düşdülər. “Qaçaq Nəbi” ;
üstünə hücum etmək, danlamaq, məzəmmət etmək. Kişi acığından Kərimin üstünə düşər və həyətdə qiyamət qopardı. H.Sarabski. Qayıdıb gələndə məclisdən geri; Yolda iki nəfər düşdü üstümə. M.Rahim. Qoca anası və körpə bacısı [Şirzadın] üstünə düşdü. M.İbrahimov. Üstünə əl qaldırmaq - vurmaq, zərbə endirməyə hazırlaşmaq. Üstünə fitləmək zar. - bir adamı başqasının üstünə saldırmaq, vuruşmağa, sözləşməyə təhrik etmək. Üstünə gülmək - ələ salmaq, masqaraya qoymaq, lağa qoymaq. Üstünə xoruzlanmaq - şeşələnmək, xoruzlanmaq, kişilənmək, kəkələnmək. Üstünə ildırım düşsün! - qarğış mənasında işlədilir. [Fatma xanım:] Ay səni öyrədənin üstünə ildırım düşsün! N.Vəzirov. Üstünə kəkələnmək (təpinmək) - bax üstünə xoruzlanmaq. Sarxan gözlərindən hiyləgərlik tökülən almanın üstünə təpindi. M.Hüseyn. Üstünə qoymaq - şişirtmək, mübaliğə etmək, eşitdiyinin üstünə əlavə edərək başqasına danışmaq. [Səkinə Rüstəmə:] Yeyib gedəcəklər, on beşini də üstünə qoyub danışacaqlar. M.İbrahimov. Üstünə (soyuq) su tökmək (ələmək) - hirsini soyutmaq, sakitləşdirmək. Üstünə su (soyuq su) ələnmək - həvəsi qaçmaq, soyumaq. Üstünə tökülmək - üstünə hücum etmək, yerbəyerdən üzərinə atılmaq (kütlə halında). [Oba itləri] uzaqdan kölgəmi görüncə sürü ilə üstümə tökülüb hürərdilər. Şaiq. Üstünə yıxmaq - başqasının üzərinə yükləmək, onun boynuna qoymaq, ona isnad etmək. İndi hamı bütün təqsirləri [Seymurun] üstünə yıxmağa çalışırdı. H.Seyidbəyli. Üstünü açmaq - üzə çıxarmaq, faş etmək, ifşa etmək, aşkara çıxarmaq. Üstünü almaq 1) qovub çatmaq, haqlamaq, çatıb yaxalamaq, çatıb tutmaq. [Xəlil:] İki dəstədir... Az qalıblar üstümü alsınlar. N.Vəzirov. [Veys:] Hə, Zeynal! Başlayın, karxanalardan, mağazalardan mal oğurlanıb gizlədilməmiş, üstlərini almaq lazımdır. Ə.Əbülhəsən; 2) tez özünü (özlərini) çatdırmaq, yanma gəlmək. Şeyx Abuzərlə şeyx Mərvan həmən Sənanın üstünü alırlar. H.Cavid. Üstünü basdırmaq (pərdələmək, malalamaq) - ört-basdır etmək, gizlətmək, gizli saxlamaq. [Səfər bəy Mirzə Turaba:] Nə təhər olmuş olsun, gərək kəndlinin ölməyinin üstünü basdıraq. B.Talıblı. Üstünü ot basmaq məc. - unudulub getmək, haqqında danışılmamaq, unudulmaq, xatirdən silinmək. Üstünü vurmamaq - haqqında danışmamaq, ört-basdır etmək, toxunmamaq, gizli saxlamaq. Ancaq Qazan xan bunun üstünü vurmayıb, Yalınçağı yola saldı. M.Rzaquluzadə. [Çiçək] çox təəccübləndisə də, üstünü vurmadı. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ÜN

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla