İzahlı lüğət

STANSİYA

[lat. stansia - duracaq] 1. Müəyyən marşrut üzrə hərəkət edən dəmiryol qatarlarının və digər nəqliyyat vasitələrinin dayanacağı. Metro stansiyası. Dəmiryol stansiyası. - ..Stansiyada izdiham çox idi. Sərnişinlər əldə bilet oturacaq yerlərini axtarırdılar. T.Ş.Simurq. [Nuriyyə:] Düşdüyüm stansiya balaca bir yer idi. İ.Əfəndiyev.
2. Müəyyən əraziyə (hər hansı bir cəhətdən) xidmət edən və ya orada tədqiqat işi aparan xüsusi idarə, müəssisə. Meteoroloji stansiya. Seleksiya stansiyası. Meşəqoruma stansiyası. Telefon stansiyası. - Stansiya yenicə yaradılmışdı və rayonda ən cavan MTS hesab olunurdu. M.İbrahimov. Kənddə stansiya olandan bəri; Sular təslim olur, baş əyir ona. Z.Xəlil. □ Elektrik stansiyası başqa enerji növlərindən elektrik enerjisi istehsal edən müəssisə. Gecənin bu vaxtı elektrik stansiyası həmişə işığı kəsirdi. H.Seyidbəyli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

SON

SU

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed