İzahlı lüğət

SEYRƏK

sif 1. Bir-birindən aralı, uzaq, sıx, qalın olmayan, adda-budda (sıx əksi). Seyrək meşə. Seyrək ot. - Uzaqda görünən seyrək pöhrəliyin içi və dilik-dilik olan yalların sinəsi yarılırdı. S.Rəhimov. // Eyni mənada saç, tük haqqında. Gözlərinin mehriban gülüşü yadımdadır; Saçlarının seyrək gümüşü yadımdadır. R.Rza. [Xoşqədəm nənənin] çallaşmış seyrək qaşları altdan işıldayan, çuxura düşmüş, xırda, qara gözləri hələ öz nurunu itirməmişdi. S.Qədirzadə.
Bütöv halında olmayan, parça-parça, ara-sıra. Ay saf göydə öz gediş sürətini artırmış, ağ pambıq kimi seyrək buludlar onu gəlin aparan kimi əhatə etmişdir. H.Nəzərli. Ağ seyrək dumanı aparır külək; Üzür bir oğlanla bir qız qayıqda. H.Hüseynzadə. Zərf mənasında. Ara-sıra, hərdənbir, azaz, tək-tək. Seyrək eşitdiyin hər söhbətində; Ölüm düşünərdi, ölmək arardı. S.Vurğun. Seyrək keçir hələ atlı, piyada; Bəzəkli faytonlar yoxdur orada. H.K.Sanılı.
□□ Asıldan seyrək - bax asıldan kasıb (“ağılıda).
seyrək-seyrək zərf Arabir, bəzən, hərdənbir, ara-sıra. Seyrək-seyrək atılan güllələr uzaqlaşaraq qeyb oldu. Ə.Vəliyev. Yavaşyavaş yelləncək havadan düşür, bayaqkı kimi yuxarı qalxmayaraq seyrək-seyrək yellənirdi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SEN

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed