İzahlı lüğət

ƏVVƏL

zərf [ər.] 1. İlk dəfə, birinci dəfə. [Dərviş:] Ruqiyyə əvvəl babasına yaxın düşə bilmirdi. A.Divanbəyoğlu.
Is. mənasında. Başlanğıc, ibtida. Işin əvvəli çətindir. Kitabın əvvəli. Əsrimizin əvvəli. // Qoş. mənasında. Qabaq. Inqilabdan əvvəl. Soyuqlar düşməzdən əvvəl.
Əvvəlcə, qabaqca. Əvvəl sən gəl. Əvvəl fikirləş, sonra danış. Bilmirəm, hansı işdən əvvəl başlayım.
Qabaqlarda, əvvəllərdə, ilk vaxtlarda, keçmişdə (bu mənada çox vaxt “əvvəllər” və “əvvəlləri” şəklində işlənir). Əvvəl(lər) xəttim yaxşı idi, sonralar korlandı. Əvvəllər gözəl səsi var idi. Əvvəllər burada karvansara yerləşirdi. Əvvəllər biz çox yaxın idik.
Zaman etibarilə daha qabaq, daha irəli, daha birinci. Mən səndən əvvəl gəldim. Öç il bundan əvvəl olmuş hadisə. O məndən əvvəl işə başladı. Vaxtından əvvəl gəlmək. Mübahisəni kim əvvəl başladı? - Iki sənə əvvəl, böylə məşum qara günü kim xatırlardı?
Cavid. Ülfət toy adı eşidib əvvəl tutuldu. Mir Cəlal. Bir az əvvəl ildırımlı gecələri andıran o gözlər bu odlu göz yaşlarında təlatümə gəlmiş bir dəniz kimi qaynadı. Ə.Məmmədxanlı.
Yer etibarilə qabaq, irəli. O məndən əvvəldir.
B ax əvvəla. [Dedim:] Sara bibi, əvvəl budur ki, Ağamalıoğluna verilən ərizə gərək latın əlifbası ilə yazılsın. Qantəmir.
□□ Əvvəl əldə - əvvəlcə, birinci növbədə.
əvvəl-əvvəl zərf Əvvəlcə, qabaqca.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed