/home/shagird/public_html/files/ads/mid_body_additions/ads_block_array_file_25.php

İzahlı lüğət

ƏLAMAN

[ər.] 1. Yardıma, imdada, köməyə çağırış bildirən nida. Əlaman, qurd inəyi dağıtdı! - Nə qəflətdir bu səndə, ey sitəmgər, cövrü zülmündən; Sərasər yer üzünü sövtü sədayi-əlaman tutmuş. Q.Zakir. Arqadaşlar, əlaman, gəl tez verib də əl-ələ; Həm bu yolda əhdü peyman etməli bundan sora! M.Ə.Sabir. Şikəstə Hamidəm, canan; Dərdindən öldüm, əlaman! Aşıq Hamid. // Yalvarış bildirir. Boyum bərabərisən indi, əlaman, getmə! X.Natəvan. // Şikayət bildirir. Əlaman durnalardan; Qaç yaman durnalardan; Tutaram sorağını; Hər zaman durnalardan. (Bayatı). Ismət, həya, ədəb gedəcək əldən, əlaman! Ə.Nəzmi.
is. İmdad, nicat. Təsəvvür etmə fəğanım həlaki-candandır; Kəman öpər əlüvi, əlamanım ondandır. S.Ə.Şirvani.
□□ Əlamanda olmaq (qalmaq) - çarəsiz qalmaq, nə edəcəyini bilməmək, çətin, çıxılmaz vəziyyətdə olmaq. ..O bədbəxt.. bizdən üz döndərib, qalmışıq əlamanda. N.Vəzirov. ..Ələmdaryerindən tərpənib əlamanda olan ağasının yanına gəldi. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......