İzahlı lüğət

ƏDA1

is. [ər.] 1. Tərz, tövr, üslub. Bu nə ədadır? - [Hacı Əhməd:] [Almaza] Sən ki bu yol ilə, bu əda ilə bizə yaxın gəldin, biz kəndlilərin bütün malımız, canımız, hər bir şeyimiz sənə qurbandır. C.Cabbarlı. Usta bunu elə bir əda ilə dedi ki, Azad ona baxıb düşündü. S.Rəhman. Eldarın xoş bir əda ilə: - Buyurun, buyurun! - dediyini eşitdim. M.Rzaquluzadə. // Özünü aparma tərzi, hərəkət tərzi; adət, xasiyyət. Bu nə ədadır? Pis əda. Yoldaşının ədalarını öyrənib.
Naz, qəmzə, şivə, şıltaq. Qadan alım, ey qaragöz, sənə bu əda neçindir? Nə üzü qaralıq etdim, mənə bu cəfa neçindir? S.Ə.Şirvani. [Knyaz:] İçəlim, badə verir ruhə qida; Varsın, olsun məzəmiz işvə, əda! H.Cavid. İndi ədaların yadına düşüb; Yandırırmı səni, yaxırmı səni? R.Rza.
İddia, təşəxxüs. Bunun ədasına bax!
İş, əməl. Ədası başqa, sözü başqa.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed