İzahlı lüğət

ƏSR

[ər.] 1. 100 illik dövr. On səkkizinci əsr. Indiki əsr. Keçən əsrdə. Əsrlər boyu(nca). Əsrlərdən bəri, dərdinə qaldığım yerdir bu yerlər. M.Müşfiq. Gözümdən günlər keçir; Əsrlərə bərabər; Zülmətləri əridən; Qaynar, şəfəqli günlər. R.Rza.
Dövr, zaman, vaxt, çağ. [Heydər bəy:] Pərvərdigara, bu necə əsrdir, bu necə zamandır? Nə at çapmağın qiyməti var, nə tüfəng atmağın hörməti var. M.F.Axundzadə. ..Bunu istəyirik bilək ki, aya bu papaqlar hansı əsrdən və nə vaxt bu tövr bizim içimizdə adət olubdur? C.Məmmədquluzadə. [Bəypolad Cəmil bəyə:] Sən bu əsr üçün deyil, bəlkə başqa bir zaman üçün yaradılmışsan. H.Cavid. Hər hansı bir cəhətdən səciyyəvi olan dövr; epoxa. Orta əsrlər. Atom əsri. Nizami əsri. İkindi vaxtı, axşamüstü.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed