İzahlı lüğət

ƏLVERİŞLİ

sif. 1. Yararlı, münasib, uyğun, müvafiq. Əlverişli üsul. Əlverişli şərait. Üzümçülük üçün əlverişli iqlim. Muğan pambıq əkini üçün ən əlverişli yerlərdəndir. - Səba xanım çox lazımi və əlverişli bir zamanda Həmədana gəldiyinə inandı. M.S.Ordubadi. Hüseyn əlverişli vəziyyətdədir; Bəs atəş açmayır, nə niyyətdədir?! M.Rahim.
2. Gəlirli, xeyirli, faydalı, mənfəətli. Əlverişli iş. - Şuşa şəhəri [Rəşid üçün] çox əlverişli (z.) oldu, yəni üç ay gəzəndən sonra əməlli-başlı sağaldı və kökəldi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed