İzahlı lüğət

DƏFƏ

zərf [ər.] 1. Kəmiyyət bildirən sözlə birgə işləndikdə bir işin, hərəkətin, hadisənin hər bir momentini, təkrarmı bildirir; kərə. Bir neçə dəfə. Çox dəfə. - On dəfə ölç, bir dəfə biç. (Ata. sözü). Yüz dəfə xəzan olmuş idi bağü bəharim; Bu bağı görüb fəsli-gülüstan genə gəldim. S.Ə.Şirvani. Şərəfoğlu Muğanda iki dəfə uzun müddət yaşayıb işləmişdi. M.İbrahimov.
2. Sıra sayları və işarə əvəzlikləri ilə birgə işləndikdə, təkrar edilən eyni hadisələrin, işlərin, keyfıyyətlərin və s.-nin birisini ifadə edir. İkinci dəfə təkrar etmək. - Qatı qaranlığın dərələrdə daha çox olduğunu Əbil birinci dəfə görürdü. Ə.Vəliyev.
□ Bir dəfə günlərin birində, haçan isə keçmişdə. Bu gülünc həyatdan nə çıxsın dedim; Bir dəfə özümü vurmaq istədim. M.Müşflq. Bir dəfə də olsa - heç, qətiyyən, əsla, heç vaxt. Karvanbaşı duruxdu, aşağıdan yuxarıya dik onun gözünün içinə baxan bu kafir bir dəfə də olsa gözlərini qırpmamışdı.. Ə.Məmmədxanlı. Çox dəfə - dəfələrlə, çox vaxt, təkrarən. Əvvəl dəfələrdə - ilk çağda, ilk vaxtlarda, ibtidada. Bəlkə quruda da rast və möhkəm yerimək əvvəl dəfələrdə çətin olacaqdır. F.Köçərli. Hər dəfə - həmişə, hər vaxt, daim. Kirpi dayı, hər dəfə keçməz belə; Öz gələcək günlərini fikr elə.. Ə.Vahid. O dəfə - onda, o vaxt. Nurcabbar çarpayıda yerini rahatlayıb dəftərin bir neçə səhifəsini çevirdi. - O dəfə harda qaldıq? - dedi. İ.Məlikzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed