Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

DAĞITMAQ

f. 1. Sökmək, uçurmaq, xaraba qoymaq, alt-üst etmək. Köhnə binanı dağıtmaq. Zəlzələ evlərin çoxunu dağıtdı.[Zaman xan:] Ona binaən əmr etdim ki, .. körpüləri dağıtsınlar və yolları pozsunlar. M.F.Axundzadə. Bu saat yenə sultanın qoşunları İranın bu guşəsini söküb kəndləri dağıtmaqdadır. C.Məmmədquluzadə.
Vurub-dağıtmaq - yox etmək, aradan qaldırmaq. Deyəsən, bu səs o qədər qüvvətli idi ki, dəmir yolu ilə şəhər arasında olan bütün həddi-səddi vurub dağıtdı. Mir Cəlal.
Yaralamaq. Nəbi ağacnan bir hampanın başını dağıtdı. “Qaçaq Nəbi”. Başını qaldırıb ətrafına baxmaq istərkən, ikinci güllə onun çiynini dağıtdı. Ə.Məmmədxanlı.
// Dişi ilə parçalamaq, parça-parça etmək. Öküzləri dağıtmaq istəyən canavar birdən qabaqdan kəhər ata cumdu. Ə.Vəliyev.
Pərən-pərən salmaq, qovmaq. Qoşun yavaş-yavaş xırda yığıncaqları dağıtmağa başladı. M.S.Ordubadi.
// Dağılışmağa, dağılıb getməyə məcbur etmək. Kəblə Səməd dayı durub camaatı dağıtdı. S.Rəhimov.
Qarət etmək, tarac etmək, soymaq, iflasa uğratmaq. ..Nahaq iş tutmasınlar, xalqı talayıb dağıtmasınlar. M.F.Axundzadə. [Hacı:] Xarici bu fabriki dağıtmaq istəyir. M.S.Ordubadi.
Dağılmasına, bədbəxt olmasına səbəb olmaq. Hakim təbəqələr pul və dövlət gücünə harınlıq edərək, nə qədər ismətli və həyalı ailələri dağıtmışlar. M.İbrahimov.
Çox geymək, işlətmək, sürtmək və s. nəticəsində yırtmaq, cırmaq, yararsız hala salmaq. Paltarı dağıtmaq. Ayaqqabılarını dağıtmaq.
// Ümumiyyətlə, yırtmaq. Bütün maskaları dağıtmasaq biz; Faydasız qalacaq mübarizəmiz. S.Vurğun.
Nizamsız halda tökmək, pərişan hala salmaq. Bir tərəf şanə dağıtdı zülfünü, bir yan səba; Hər tərəfdən hər biri könlüm pərişan etdilər. S.Ə.Şirvani.
// Yolmaq mənasında. Yar odur kim, yardan sonra yar üçün; Zülf dağıda, yaxa darta, yara üz. Qurbani.
Müxtəlif tərəflərə yaymaq, intişar etmək, saçmaq. Dan yeli hər yana ətir dağıdır; Çöllərə çəkilir bir yaşıl pərdə. A.Şaiq. O şad olur, o sevinir balasının hünərindən; Günəş qalxıb nur dağıdır ona vətən göylərindən. S.Vurğun.
Dağılmasına səbəb olmaq. Suyu dağıtmaq.
Özündən uzaqlaşdırmaq, qovlamaq. Mehriban ağlayırdı. O, ürəyini şişdirən ələm
və kədərlərini bununla dağıtmaq istəyirdi. S.Hüseyn. ..Dərdi-sərimi dağıdan, viran könlümü gülüstan edən Ruqiyyə idi, Ruqiyyə! A.Divanbəyoğlu.
// Qaçırmaq, pozmaq. Dağıtmış yuxumu yenə gözümdən; Əzəldən nəğmələr aşiqiyəm mən. S.Vurğun.
Səpmək, tökmək. Adsız ölən igidlərin o pərişan məzarına; Çiçək səpir qucaqqucaq, gül dağıdır ətək-ətək. S.Vurğun.
Əbəs yerə xərcləmək, səmərəsiz sərf etmək, puç etmək. Tahirin əlinə İran sikkəsi düşəndə dağıtmayıb cibində saxlayırdı. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla