1
AŞIQ2 sözünün izahı / AŞIQ2 sözünün mənası
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

AŞIQ2

is. 1. anat. Diz qapaqlarından çıxan oynaq sümüyü.
// Uşaqların aşıq-aşıq oyununda işlətdikləri həmin (adətən qoyunların diz qapağından çıxarılan) sümük. [Tükəz:] Uşaq aşıq yığan kimi bu qədərpulu yığıb nə edəcəksən? M.F.Axundzadə. Uşaq vaxtı küçədə aşıq oynayanda hərdənbir savaşırdıq. C.Məmmədquluzadə. Bozbaşı yedikdən sonra, evin uşağı kasalara göz gəzdirərək sümükdən aşıqları çıxardıb bir yerə yığardı. H.Sarabski.
Tağalaq, qarqara, sap sarman balaca taxta.
Tüfəngin çaxmağı ilə ayağı arasındakı məsafə.
□□ Araz aşıgından, Kür topuğundan - heç
bir şeydən qorxusu, çəkinəcəyi olmayan,
heç bir dərdi, fikri, qayğısı olmayan, kefi kök adam haqqında. [Əsgər bəy:] Əlbəttə, bizim Araz aşığımızdandır, Kür topuğumuzdan. M.F.Axundzadə. [Cənnətəli:] Mənə də Cənnətəli ağa deyərlər.. Mənim Araz aşığımdandır, Kür topuğumdan... N.Vəzirov. Aşığı (maçası) alçı durmaq - bəxti gətirmək, işi rast gəlmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif