ADƏTKƏRDƏsif [ər. adət və fars. ...kərdə] Adət etmiş, vərdiş etmiş, alışmış, öyrəşmiş. [Fərhad:] Lələ, qəlyandan, çubuqdan, papirosdan bir şeyə adətkərdəsinizmi? Ə.Haqverdiyev.
□ Adətkərdə olmaq - alışmaq, vərdiş etmək, adət etmək, öyrəşmək, adəti olmaq. Bir-biri ilə dalaşıb boşanmağa məhz adətkərdə olmuşlar. C.Məmmədquluzadə. Bu adamlara həmişə hörmət etməyə adətkərdə olmuş Balacayev onların sözünü sındırmırdı. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|