Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

AÇILMAQ

f 1. Qapağı, örtüsü və s. götürülmək, düşmək, açıq hala gəlmək. Qutu açıldı. Qazanın qapağı açıldı. Damın üstü açıldı. Şüşənin ağzı açıldı. Qıfıl açıldı. Aradakı maneə götürülmək, yaxud yox olmaq. Qarlar əridi, dağ kəndlərinə yol açıldı.
// Tayları, layları açıq hala gəlmək. Küləkdən pəncərələr açıldı. - Dalanda ayaq səsi eşidildi, dərhal evin qapısı zərblə açıldı. Mir Cəlal.
Qatlanmış, bükülmüş, düyünlənmiş, bağlanmış şeyin qatları, bükükləri, qırışıqları düzəltmək, düyünü, bağı açıq hala gəlmək. Çətirin düyməsini basan kimi açıldı. Bağlama yerə düşüb açıldı. Örpəyi açılıb başından düşdü. Gəminin yelkənləri açıldı. Belindən qayış açıldı. Boğazından qalstuk açılıb düşdü. Lent açıldı. Ayaqqabıların qaytanı açıldı.
Qoşqudan azad edilmək (olmaq). Atlar arabadan açıldı. Öküzlər kotandan açılıb otlayırlar.
Aralanmaq, seyrəklənmək, arada məsafə əmələ gəlmək. Səflər açıldı. Aralanmaq (qapalı, yumulu şey). Gözləri açılmaq. Ağzı açılmaq. - Ah, o gözlər ki, nigahilə dilü didələrim; Açılırdı, daha bir də məni şad etməyəcək. A.Səhhət.
Başlanmaq. İşə başlamaq. İclas saat üçdə açıldı. Məruzədən sonra müzakirə açıldı. İdarələr yayda saat 8-də açılır. Məktəblərin açılmasına lap az qalmışdır.
Təsis olunmaq, əsası qoyulmaq; tətbiqə, işləməyə başlamaq. Son illər ölkəmizdə çox sayda yeni məktəblər açılmışdır. Yeni dəmiryol xətti açıldı.
Yaranmaq, əmələ gəlmək, mümkün olmaq. Yeni mədən yataqlarının tapılması nəticəsində bu yerlərin inkişafı üçün böyük imkanlar açılmışdır. Azərbaycan incəsənəti qarşısında böyük perspektivlər açılmışdır.
İfşa edilmək, meydana çıxarılmaq. Cinayətin üstü açıldı. - [Divanbəyi:] Quldurların izi açılıbdır. Mən onları tutmağa çarə taparam... M.F.Axundzadə.
// Aydın olmaq, aşkar olmaq, bəlli olmaq, məlum olmaq. [Bayram:] Yox, çuğulluq peşəsini üstümə götürmərəm, iş özü özbaşına açılar. M.F.Axundzadə. [Piri baba:] Siz, Həcər xanım, tez gedin, burada olmağınız açılmasın. S.S.Axundov.
// Üzə çıxmaq, büruzə vermək, görünmək (xəstəlik və s.).
Tədqiqat, araşdırma və s. nəticəsində kəşf olunmaq, müəyyən edilmək. Maqnit hadisələrinin mahiyyəti ancaq XIX əsrin əvvəllərində açıla bilmişdir.
Çiçəklənmək, yarpaqlanmaq; görünmək, zahir olmaq. Yaz gəldi, güllər açıldı.
Gül ilə həmzəban olubdu bülbül; Açılıb bənövşə, yasəmən, sünbül. Q.Zakir. Açılmış güllər, göy, sarı zanbaqlar; Bir cənnətdir bu gülşən hər tərəfli. A.Səhhət. Seyrəltmədən və kultivasiyadan sonra .. pambıq daha yaxşı boy atmağa başladı və bitkilərdə altıncı yarpaq açıldı.
Deşilmək, dəlinmək, qazılmaq. Divardan pəncərə açılmışdır. Dağların altından uzun tunel açılmışdır.
Baxmaq, çıxmaq. Künc otağa yalnız bir qapı açılırdı. S.Rəhimov. Cənuba baxan uzun, göy eyvana iki otaq açılırdı. Mir Cəlal. Evciyəzlərin qərbə açılan pəncərələrində şüşələr od tutub sarı bir alovla yanırdı. Ə.Məmmədxanlı.
Qopmaq, sökülmək. Köynəyin bütün tikişləri açılmışdır.
Genişləndirilmək, vüsətləndirilmək, böyüdülmək, genəldilmək, uzadılmaq (sahə). Otağın arası açılsa, genişlik olar. Paltosunun dalı açıldıqdan sonra genəlmişdir.
Cilalanmaq, pardaqlanmaq, təmizlənmək, sürtülüb ağardılmaq; parıldamaq, işıldamaq. Mis qablar qumla sürtüldükdə açılar. Şüşə silindikdən sonra açıldı. Dəri pardaqlanıb açıldı.
Ortalığa atılmaq, irəli sürülmək, başlanmaq. Söhbət açıldı. Bəhs açıldı. İndi ki söz açıldı, söyləməliyəm.
Buluddan azad olmaq, aydınlaşmaq, ayazımaq. Yağış kəsilən kimi hava açıldı. Göyün üzü açıldı. - Bir-iki dəqiqə davam edən yağışdan sonra göy açılmağa başladı. Çəmənzəminli. Hava açıldıqda ata oğlunun əlindən tutub geniş düzənliyə çıxırdı. S.Rəhimov. Günəş qırpınanda açıldı hava; Dayandı ordular, durdu üz-üzə. S.Vurğun.
İşıqlaşmaq, işıqlanmaq, işıqlanmağa başlamaq. Səhər açılmaq. Dan yeri açılmaq.
Ey bəxtimin sitarəsi, bu sübh açılmasın; Mahi-rüxün yetər bu gecə karivanə şəm? S.Ə.Şirvani. Payızın sübhü yeni açılmışdı. S.M.Qənizadə.
Atılmaq, partlamaq. Atılan bombaların heç biri açılmadı. Güllə açılmaq. - Açıldıqda atəş edərdim güman; Ki, göydən yerə od yağır nagəhan. M.Ə.Sabir. Güllə açıldıqda köpək yerə sərildi. S.S.Axundov. Güllə açılanda Əhməd gördü ki, daha bura qaçmaq yeri deyil; təslim olmağı qət etdi. B.Talıblı.
Boşalmaq, boş qalmaq, boş yer əmələ gəlmək. Yer açılan kimi səni oraya düzəldərik.
Sağalmamaq, qovuşmamaq, bitişməmək, üstü açılmaq (yara haqqında).
Görünməyə başlamaq, zahir olmaq. Gözlərim önündə gözəl bir mənzərə açıldı. Qarşımızda müharibənin dəhşətli bir səhnəsi açılmışdı. - Yavaş-yavaş dumduru göy qabığının və geniş üfüqlərin əzəmətli mənzərəsi açılırdı. M.İbrahimov. Fərruxun nəzərində tamam başqa bir aləm açıldı. Mir Cəlal.
məc. Birdən-birə hirslənərək qışqırmaq, bərk danlamaq, acıqlanmaq (bəzən “üstünə, üstümə” sözü ilə). O, birdən üstümə açıldı.
Başlamaq, çatmaq, yetişmək. Yaz açılanda havalar qızmağa başlar. - Gül götürdü pərdə yüzündən, açıldı novbahar; Rövnəqi gəldi və nuri-bağü bustanın yenə. Nəsimi. Gəlsin bahar fəsli, açılsın yazlar; Göylərə tökülsün ağ quşlar, qazlar. Qurbani.
Baş vermək, üz vermək. Amma təhlükə özgə tərəfdən açıldı. M.F.Axundzadə.
Axmağa başlamaq. Borudan su açılmaq. Yaradan qan açılmaq.
Hazırlanmaq, salınmaq, düzəldilmək. Yemək otağında təntənəli şam süfrəsi açıldığını gördüm. M.S.Ordubadi. Sübhanverdizadə birtəhər .. dəhlizə girdi, süfrə açıldı, əvvəlcə toyuq qızartması, sonra rəngli çay verildi. S.Rəhimov.
dan. Rədd olmaq, əl çəkmək, getmək. Nayıbov Lətifin üstünə qışqırdı: - Açıl başımdan! Mir Cəlal.
məc. Həll edilmək. Ömür ipək kələf deyil, açılmayan düyünləri var. R.Rza.
məc. Könlü xoş olmaq, məmnun olmaq, üzü gülmək, fərəhlənmək, sevinmək, şad olmaq. Fərəhdən qönçənin gülgün yanağı güldü, açıldı. Nəsimi. [Xavər] uzun iztirablardan .. sonra Kərim xanın qayıtması ilə açılmağa başlamışdı. M.İbrahimov.
Bir sıra sözlərin yanına gətirilərək, müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs.: könlü açılmaq, dili açılmaq, ürəyi açılmaq, aynası açılmaq, kefi açılmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ABA

ARX

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla