İzahlı lüğət

AYRILIQ

is. 1. Başqalıq, müxtəliflik, birbirinə bənzəməzlik; fərq, uyğunsuzluq. Fikir ayrılığı. Üsul ayrılığı. Bunların arasında heç bir ayrılıq yoxdur.
2. Yaxın adamlarından, sevgilisindən, dostundan uzaqda keçən həyat; hicran, fəraq, firqət. Ayrılığa dözməmək. - Əğyar aramıza saldı ayrılıq; Getdi canan yüz naz ilə, gəlmədi. Aşıq Dilqəm. Zimistan oldu, gənə gəldi bahar; Ayrılıq eylədi məni intizar. Aşıq Pəri. Mən ki doymamışdım heç vüsalından; Mənə zülm elədi yaman ayrılıq. N.Rəfibəyli.
// Ayrılma. [Cəmil bəy:] Ayrılıq zamanı yaxınlaşınca birdən-birə gözlərim yaşardı. H.Cavid.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

AX

ALU

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed