Sizin hazırki nikiniz (ləğəbiniz)

Bölmə III

§25. Müasir Azərbaycan ədəbi dilinin normaları. Hissə 1.

Test ID - 48752
Müəllif: Admin (Əlavə edilib: 27.05.2011)

Yazılı ədəbi dil, ədəbi dilin hansı normasına tabe olur?

Orfoepik
Qrammatik
Orfoqrafik
Leksik

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Aşağıdakılardan biri nitq istisnası ola bilər:

Arxaizmlər
Dialektizmlər
Milli mənşəli terminlər
Sinonimlər

Vurğusu birinci hecaya düşən sözü göstərin

Maarif
Dovğa
Sonra
Yamyaşıl
Faciə

Türk dilləri haqqında aşağıdakılardan biri səhvdir:

Qohum dillərin hamısına birlikdə bir dil ailəsi deyilir
Dil şaxələrinə dil qrupları da deyilir
Bu gün dünyada 3.500 – dən çox dil var
Azərbaycan dili, qaqauz dili, Türkiyə türkcəsi qıpçaq qrupunu təşkil edir

Frazeoloji birləşmələr haqqındakı fikirlərdən biri səhvdir:

Sabit söz birləşmələri frazeoloji birləşmələr adlanır
Frazeoloji vahidlər bütövlükdə bir məna ifadə edir
Frazeoloji birləşmələr sintaktik baxımdan parçalanır
Frazeoloji birləşmələr bir cümlə üzvü olur

Fikirlərdən hansı yanlışdır?

Ədəbi dilin tabe olduğu qayda – qanunlar sisteminə nitq normaları deyilir
Ədəbi dil xalq dilinin ciddi fonetik, leksik, morfoloji və sintaktik normalar əsasında fəaliyyət göstərən formasıdır
Ədəbi dil - milli dilin müəyyən qayda – qanunlara tabe olan və xalqın nümunəvi ünsiyyətinə xidmət edən nitq formasıdır
Nitq ünsiyyət vasitəsidir

Dil və nitq haqqında aşağıdakılardan biri səhvdir:

Nitq əsasdır, dil ondan törəmədir
Dil tarixən çox az dəyişikliklərə uğrayır
Ünsiyyət vasitəsi olan dilin ünsiyyət prosesi olan nitqə çevrilməsi çox mürəkkəb bir hadisədir
Nitq dilə nisbətən dəyişkəndir

Dilin birinci funksiyası nədir?

Dil insanı əhatə edən əşya və hadisələrin adlarını bildirir
Dil fikri ifadə edir
Dil cəmiyyətdə ünsiyyət vasitəsidir
Dil ünsiyyət prosesidir

Verilənlərdən biri arxaizmdir:

Batman
Darğa
Tanıq
Koxa

Aşağıdakı fikirlərdən biri düzgündür:

Leksik şəkilçilər qoşulduqları sözlərin formasını dəyişir
Dildəki ayrı – ayrı sözlər kimi şəkilçi morfemlər omonim ola bilmir
Dilin mənalı hissələri, yəni kök, leksik və qrammatik şəkilçilər ayrı – ayrılıqda fonem adlanır
Morfemika dilçiliyin sözlərin tərkibindən, onların quruluşundan bəhs edən bölməsidir

Fonetik normanın pozulduğu cümləni tapın:

Gələnlər birazdan kor - peşman dağılışdılar
İşi dayandırmağı əmr buyurublar
Bilənlər bilməyənlərə desinnər
Daldan atılan daş topuğa dəyər

Azərbaycan dilinin lüğət fondunu təşkil edir:

Dildə olan uzunömürlü sözlər
Dildə olan sözlərin hamısı
Neologizmlər
Ümumişlək sözlər

Sözün ədəbi dildəki yazılış qaydası adlanır:

Orfoqrafik norma
Orfoepik norma
Qrammatik norma
Leksik norma

Nitq istisnaları nədir?

ayrı – ayrı müəlliflərin nitqində köhnəlmiş sözlərdən istifadə
ədəbi dil normasının pozulması
üslublardan birinin ədəbi dildə aparıcı rol oynaması
ədəbi dildəki qeyri – normativ hallar

Nitq etiketləri haqqında səhv fikri göstərin:

Nitq etiketlərindən yerli – yerində istifadə olunması ünsiyyətin normal gedişinə, anlaşmaya kömək edir
Elə nitq etiketləri vardır ki, əsrlər, minilliklər boyu sabit qalır
Elə nitq etiketləri vardır ki, müəyyən dövrdə, mərhələdə işlənib, sonra ünsiyyətdən çıxır
Yoldaş! Vətəndaş! müraciət formaları fəal işlənən nitq etiketləridir

Nitq normalarının tarixiliyi haqqında aşağıdakılardan biri səhvdir:

Norma tarixi kateqoriyadır
Ədəbi dilin normasında sabitlik həmişə olmur
Nitq normalarının tarixiliyi ədəbi dilin inkişafının təkmilləşməsinin nəticəsidir
Dövr keçdikcə ədəbi dilin normasında əvvəlkindən fərqli müəyyən keyfiyyətlər meydana çıxır

Ədəbi dildə sözün tələffüz qaydası adlanır:

Orfoqrafik norma
Orfoepik norma
Leksik norma
Qrammatik norma
Fonetik norma

1964-1987 ci illərdə nəşr olunmuş “Azərbaycan dilinin izahlı lüğəti” kitabının müəllifi və rəhbəri kim olmuşdur?

Əliheydər Orucov
Heydər Hüseynov
Mirzə Kazımbəy
Üzeyir Hacıbəyov
Əliağa Şıxlinski

Özləşmə meyli haqqında fikirlərdən biri səhvdir:

Müasir Azərbaycan dilinin lüğət tərkibində 60 – cı illərdən başlayaraq özləşmə meylləri müşahidə olunur
Dili tərk etmiş bir sıra türk mənşəli sözlərin yenidən qayıtması da özləşmə prosesinin təsiri ilə baş verir
Özləşmə dedikdə hər cür söz yaradıcılığı başa düşülür
Özləşmə üç yolla gedir

Söz və ya söz birləşmələri bitmiş bir fikri ifadə edə bilərmi?

Bəli. Hər ikisi bitmiş fikir ifadə edə bilər
Xeyir. Heç biri bitmiş fikir ifadə edə bilməz
Söz bitmiş fikri ifadə edə bilər, söz birləşməsi isə yox
Söz birləşməsi bitmiş fikri ifadə edə bilər, söz isə yox
Söz birləşməsi yoxdur

Uyğunsuzluğu tapın:

Ağzına su almaq – ağzını qıfıllamaq
Dil – dil ötmək – dilotu yemək
Burnunun ucu göynəmək – ürəyi istəmək
Dil – dil ötmək – ağzına su almaq

Nitqin düzgün tərifini tapın:

Nitq – ünsiyyət vasitəsi olub, mücərrəd işarələr sistemindən ibarətdir
Nitq – ünsiyyət prosesidir, bu və ya digər məlumatın ifadə tələbinə uyğun olaraq dilin ifadə imkanları əsasında meydana çıxır
Nitq – nitqin təzahürü üçün lazım gələn ictimai, psixoloji və fizioloji aktların sistemidir
Nitq ünsiyyət vasitəsidir

Müəyyən elm sahəsinə aid olan sözlər, ifadələr adlanır:

Terminlər
Dialektlər
Kök dillər
Loru sözlər

Azərbaycan dili hansı xüsusiyyətlərinə görə iltisaqi dillərə aiddir?

Morfoloji quruluşuna görə
Ahəng qanunun möhkəmliyinə görə
Alınma sözlərə görə
Türk dilləri ilə qohumluğuna görə
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.