Sizin hazırki nikiniz (ləğəbiniz)

Bölmə II

§12. İntonasiya. Hissə 1.

Test ID - 52290
Müəllif: Admin (Əlavə edilib: 21.11.2011)

Şifahi nitqdə ifadə olunan cümləni yazarkən onun durğu işarələri nəyin əsasında müəyyənləşdirilir?

İntonasiyanın
Baş üzvlərin
Söz sırasının
Ahəng qanununun

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Ədəbi dil haqqındakı fikirlərdən biri yanlışdır:

Şifahi ədəbi dil orfoepik normalara tabe olub, səslənən dildir
Ədəbi dilin yazılı və şifahi formaları var
Ədəbi dil həm fonetik, həm leksik, həm də qrammatik normalara əsaslanır
Nitqlər, çıxışlar, mühazirələr və s. yazılı ədəbi dilə aiddir

Nitq istisnaları nədir?

Ədəbi dil normasının pozulması
Ədəbi dildəki qeyri – normativ hallar
Müəyyən ədəbi dil normasının qeyri – məhdud işlənməsi
Ayrı – ayrı müəlliflərin nitqində köhnəlmiş sözlərdən istifadə

Nitq etiketləri haqqında səhv fikri göstərin:

Nitq etiketlərindən yerli – yerində istifadə olunması ünsiyyətin normal gedişinə, anlaşmaya kömək edir
Elə nitq etiketləri vardır ki, əsrlər, minilliklər boyu sabit qalır
Elə nitq etiketləri vardır ki, müəyyən dövrdə, mərhələdə işlənib, sonra ünsiyyətdən çıxır
Yoldaş! Vətəndaş! müraciət formaları fəal işlənən nitq etiketləridir

Fəal danışıq üzvləri hansılardır?

ağız boşluğu, qırtlaq və səs telləri
dişlər, burun boşluğu, ağız
nəfəs borusu, ağ ciyər, dil
dodaqlar, dil, səs telləri
heç biri deyil

İsmə artırılan qrammatik şəkilçiləri ardıcıl olaraq göstərin:

cəm-mənsubiyyət-hal-xəbərlik
cəm-hal-mənsubiyyət-xəbərlik
cəm-xəbərlik-hal-mənsubiyyət
mənsubiyyət-cəm-hal-xəbərlik
mənsubiyyət-cəm-hal-xəbərlik

Azərbaycan dilində ərəb və fars sözlərinin işlənməsi nə ilə bağlıdır?

Səfəvilərin hakimiyyətə gəlməsi ilə
Azərbaycanda elmə marağın artması ilə
Azərbaycanda islam dinin qəbul olunması ilə
Azərbaycan dilinin təsir dairəsinin genişlənməsi ilə

Azərbaycan Respublikasında bütövlükdə latın qrafikasına keçilməsi nə vaxta qədər təmin edilmişdir?

12 noyabr 1995 – ci ildə
22 dekabr 1992 – ci ilə qədər
1 avqust 2001 – ci ilə qədər
28 may 1918 – ci ilə qədər

Azərbaycan dili haqqında verilən fikirlərdən biri səhvdir:

Azərbaycan dili Azərbaycanda millətlərarası ünsiyyət vasitəsidir
Morfoloji quruluşuna görə Azərbaycan dili aqqlütinativ ( iltisaqi ) dil tipinə aiddir
Dünyada ən çox Azərbaycan dilində danışan insanların yaşadığı ölkə Azərbaycan Respublikasıdır
Azərbaycan dilinin fonetik sistemi, əsas lüğət fondu, qrammatik quruluşu ilk orta əsrlərdə təşəkkül tapmışdır

Aydın nitq adlanır:

Tərcümə yolu ilə çatdırılan nitq
Azərbaycan dilində olan nitq
Sənət adamlarının nitqi
Əlavə vasitələr olmadan başa düşülən nitq

Sözün ədəbi dildəki yazılış qaydası adlanır:

Orfoqrafik norma
Orfoepik norma
Qrammatik norma
Leksik norma

Özləşmə üç yolla gedir. Bunlardan biri səhvdir:

Hər hansı söz ustasının qədim mənbələrdən, xalq dilindən söz götürməsi yolu ilə
Cəmiyyətin özündə müəyyən hadisə ilə bağlı « söz partlayışı » yolu ilə
Türk dillərinin təsiri ilə
Alınma sözlərin təsiri ilə

Dilin birinci funksiyası nədir?

Dil insanı əhatə edən əşya və hadisələrin adlarını bildirir
Dil fikri ifadə edir
Dil cəmiyyətdə ünsiyyət vasitəsidir
Dil ünsiyyət prosesidir

Düzgün fikri müəyyənləşdir

Dil yalnız əşya və hadisələri adlandırır
Dil ünsiyyət vasitəsi kimi canlılardan yalnız insana məxsusdur
Dil cəmiyyət olmadan da yarana bilər
Dil və şüurun yaranması ayrı-ayrı ictimai proseslərdir
Dil mühitindən asılı olmayaraq, doğulan uşaq sonradan mütləq valideynlərinin dilində danışacaq.

Vurğu haqqında deyilənlərdən biri yanlışdır:

Azərbaycan dilində vurğunun 3 növü var
Azərbaycan dilində söz kökünə şəkilçi artırılarkən, bir qayda olaraq vurğu sözün əvvəlinə doğru istiqamətlənir
Sözdəki hecalardan birinin digərinə nisbətən qüvvətli tələffüz olunması heca vurğusu adlanır
Dilimizdə elə şəkilçilər var ki, onlar vurğu qəbul etmir

Oğuz qrupuna daxil olan cərgə hansıdır?

Türk, türkmən, qazax
Qırğız, tatar, qaqauz
Türk, türkmən, qaqauz
Qaqauz, başqırd, qumuq

"Irlandiya" sözü ilə "yazarkən" sözündə vurğu neçənci hecaya düşür?

1-ci hecaya düşür.
2-ci hecaya düşür.
3-cu hecaya düşür.
4-cu hecaya düşür.
5-ci hecaya düşür.

Nitqin dəqiqliyi dedikdə nə nəzərdə tutulur?

Fikrin ifadəsi üçün birbaşa tələb olunan sözün, ifadənin və ya cümlənin seçilməsi
Mücərrəd anlayışlardan istifadə edilməsi
Qrammatik normalara əməl olunması
Orfoqrafiya qaydalarına düzgün əməl edilməsi

Bu nitq normalarından hansında dəyişkənlik daha tez olur?

Qrammatik
Leksik
Fonetik
Həm fonetik, həm leksik

Müasir Azərbaycan ədəbi dilinin normaları haqqında fikirlərdən biri düzgündür:

Dilin xarici quruluşunu onun fonetikası, leksikası və qrammatikası təşkil edir
Müasir Azərbaycan ədəbi dilinin normaları bu dilin dialekt, yaxud şivələrinə məxsus normalardan və xalq danışıq dilindəki qeyri – sabit normalardan fərqlənmir
Ədəbi dilin normaları bir sistem olsa da, onların müstəqilliyi də vardır
Fonetik normada dəyişmə tez olur

Nitq normalarının tarixiliyi haqqında aşağıdakılardan biri səhvdir:

Norma tarixi kateqoriyadır
Ədəbi dilin normasında sabitlik həmişə olmur
Nitq normalarının tarixiliyi ədəbi dilin inkişafının təkmilləşməsinin nəticəsidir
Dövr keçdikcə ədəbi dilin normasında əvvəlkindən fərqli müəyyən keyfiyyətlər meydana çıxır

Frazeoloji birləşmələr haqqındakı fikirlərdən biri səhvdir:

Sabit söz birləşmələri frazeoloji birləşmələr adlanır
Frazeoloji vahidlər bütövlükdə bir məna ifadə edir
Frazeoloji birləşmələr sintaktik baxımdan parçalanır
Frazeoloji birləşmələr bir cümlə üzvü olur

Aşağıdakılardan biri səhvdir:

O nitq forması düzgün hesab olunur ki, orada dilin fonetik, leksik, qrammatik qayda – qanunları pozulmasın
Mədəni nitq həm də dəqiq olmalıdır
Nitqin düzgünlüyü özlüyündə nə qədər mühüm olsa da, bu nitq mədəniyyəti üçün hələ hər şey demək deyildir
Nitqin düzgünlüyü hamıdan tələb olunmur

Hansı fikir səhvdir?

Dilin inkişafı xalqın tarixi ilə bilavasitə bağlıdır
Dil faktları xalqın mədəni – tarixi səviyyəsi haqqında təsəvvür yaradır
Qohum tayfaların dili birləşərək həmin xalqın dilinə çevrilir
Dil müstəqil inkişaf qanunlarına malik olduğundan cəmiyyətdəki dəyişikliklərə reaksiya vermir

Uyğun variantı seçin:

Ritorika - ədəbi dilin normaları
Mimika – nitqə uyğun əl – qol hərəkətləri
Nitq istisnaları - ədəbi dildəki qeyri – normativ hallar
Jest – üz əzələlərinin mənalı hərəkəti

Nitqə aid edilə bilməz:

Nitqin gözəlliyi normalara formal əməl olunmasında da deyil
Nitqin məzmunu gözəl olmalı, dinləyənlərin səviyyəsinə uyğun gəlməli, anlaşılmalıdır
Nitq ünsiyyət vasitəsidir
Hər kəsin cəmiyyətdə ümumi davranış normalarına tabe olan hərəkət mədəniyyəti olduğu kimi, ünsiyyət səliqəsi, danışıq mədəniyyəti də olmalıdır

Fikirlərdən hansı yanlışdır?

Ədəbi dilin tabe olduğu qayda – qanunlar sisteminə nitq normaları deyilir
Ədəbi dil xalq dilinin ciddi fonetik, leksik, morfoloji və sintaktik normalar əsasında fəaliyyət göstərən formasıdır
Ədəbi dil - milli dilin müəyyən qayda – qanunlara tabe olan və xalqın nümunəvi ünsiyyətinə xidmət edən nitq formasıdır
Nitq ünsiyyət vasitəsidir

Nitqdə zərb – məsəllərdən, frazeoloji vahidlərdən istifadə edilməsi nə ilə bağlıdır?

Nitqin elmiliyi ilə
Nitqin zənginliyi ilə
Nitqin ardıcıllığı ilə
Nitqin konkretliyi ilə
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.