Bölmə III

§29. Qrammatik norma. Hissə 1.

Test ID - 48758
Müəllif: Admin (Əlavə edilib: 28.05.2011)

Ədəbi dilin hansı norması sözlər və cümlələr arasındakı əlaqənin nitqdə düzgün qurulmasını tələb edir?

Leksik
Fonetik
Qrammatik
Həm qrammatik, həm fonetik

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Milli 1-cur yazılan şəkilçilərimiz hansılardır?

-lov, -sov, -ey, -gər, -daş, -gil
-keş, -xana, -lıq, -lov
-lov, -sov, -ey, -liq, -dan
-siniz, -ış, -daki, -ki
-imtil, -araq, -madan

Biri alınma söz deyil.

hiss
ana
mədəniyyət
Allah
futbol

Aşağıdakılardan hansı nitqə müəyyən emosionallıq verir:

Ritorika, mimika
Jest, poetizm
Mimika, jest
Etiket, poetizm

Dilçilik elminin praktik sahəsi:

Etimologiya
Dialektologiya
Lüğətçilik
Morfologiya

Rəsmi müraciət etiketi hansıdır?

Oğlum
Cənab
Xanım
Əzizim

Müraciət etiketlərini göstərin:

Salam, bağışlayın, gecəniz xeyrə qalsın
Buyurun, əyləşin, xanım, cənab
Oğlum, uğur olsun, sağ olun
Təbrik edirəm, qızım, cənab

Biri müraciət etiketlərinə aid deyil:

Cənab
Qızım
Bağışlayın
Vətəndaş

Frazeoloji vahidlər haqqında aşağıdakılardan biri səhvdir:

Frazeoloji birləşmələr sintaktik baxımdan parçalanır
Frazeoloji birləşmələr bir cümlə üzvü olur
Frazeoloji birləşmələr omonimlik, sinonimlik, antonimlik yarada bilir
"Nənəsinin nəsihəti Arifin bir qulağından girib, o biri qulağından çıxdı" cümləsi frazeoloji birləşməyə  bir  nümunədir.

Dilin birinci funksiyası nədir?

Dil insanı əhatə edən əşya və hadisələrin adlarını bildirir
Dil fikri ifadə edir
Dil cəmiyyətdə ünsiyyət vasitəsidir
Dil ünsiyyət prosesidir

Bu nitq normalarından hansında dəyişkənlik daha tez olur?

Qrammatik
Leksik
Fonetik
Həm fonetik, həm leksik

Leksik normanın pozulduğu cümləni göstərin:

Qulağıma hardansa bir səs toxundu
Hər şey unudulmuşdur
Şagirdlərin ikisi dərsə hazır gəlməmişdilər
Qüdrətin böyükdür, çünki insansan

Azərbaycan dilində ərəb və fars sözlərinin işlənməsi nə ilə bağlıdır?

Səfəvilərin hakimiyyətə gəlməsi ilə
Azərbaycanda elmə marağın artması ilə
Azərbaycanda islam dinin qəbul olunması ilə
Azərbaycan dilinin təsir dairəsinin genişlənməsi ilə

XIX əsrdə Azərbaycan dilinin dövlət dili olmaması nə ilə bağlı idi?

Azərbaycan xanlıqlarının ləğv edilməsi ilə
Mətbuatın geniş yayılmaması ilə
Müstəqil dövlətimizin olmaması ilə
Məktəblərin az olması ilə

Nitqin düzgünlüyünün pozulması nədən yaranır?

Nitqdə uzunçuluğa, təkrara yol verməkdən
Dilin fonetik, leksik və qrammatik quruluşunu bilməməkdən
Sözün leksik mənasını bilməməkdən
Orfoepiya qaydalarına əməl etməməkdən

Sözün dominant mənası adlanır:

Qrammatik məna
Həqiqi məna
Məcazi məna
Terminoloji məna

Nitq istisnaları nədir?

ayrı – ayrı müəlliflərin nitqində köhnəlmiş sözlərdən istifadə
ədəbi dil normasının pozulması
üslublardan birinin ədəbi dildə aparıcı rol oynaması
ədəbi dildəki qeyri – normativ hallar

Ədəbi dil haqqındakı fikirlərdən biri yanlışdır:

Şifahi ədəbi dil orfoepik normalara tabe olub, səslənən dildir
Ədəbi dilin yazılı və şifahi formaları var
Ədəbi dil həm fonetik, həm leksik, həm də qrammatik normalara əsaslanır
Nitqlər, çıxışlar, mühazirələr və s. yazılı ədəbi dilə aiddir

Biri ədəbi dilin şifahi formasına nümunə kimi verilə bilər:

Reklamlar
Bədii əsərlər
Mühazirələr
Elmi kitablar

Aşağıdakılardan biri nitq istisnası ola bilər:

Arxaizmlər
Dialektizmlər
Milli mənşəli terminlər
Sinonimlər

Fonetik normanın pozulmadığı cümləni seçin:

Leyli və Məcnun poeması Füzuli yaradıcılığının zirvəsidir
Kim nə bilir gələ, gəlməyə
Kərim kədərli vəziyyətdə dalğalara baxırdı
Mən ölüm qoy çalsınlar, mən istəyirəm, oynuyum

Sözün törəmə mənası adlanır:

Leksik məna
Məcazi məna
Həqiqi məna
Qrammatik məna

Verilənlərdən biri arxaizmdir:

Batman
Darğa
Tanıq
Koxa

Alınma sözlər cərgəsini göstərin

Vətən, ana, sait
Məktub, şəfəq, təbii
Səkkiz, uşaq yurd
Motor, torpaq, yeddi
Bacı, su, oxumaq

Ədəbi dildə sözün tələffüz qaydası adlanır:

Orfoqrafik norma
Orfoepik norma
Leksik norma
Qrammatik norma
Fonetik norma

Hansı qarşılıq düzgün verilməyib?

neologizm-yeni söz
arxaizm-köhnəlmiş sözdür
etiket-yarlıq
leksikoqrafiya-nitq hissələri
dialektizm bədii əsərdə işlənmiş məhəlli söz

Ən birinci yaranmış yazı növü hansıdır?

Şəkli yazı
Əşyəvi yazı
Heca yazısı
Hərfi yazı
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed