Sizin hazırki nikiniz (ləğəbiniz)

Söz birləşmələri

Söz birləşmələrinin quruluşu. Hissə 1.

Test ID - 83643
Müəllif: melyeke (Əlavə edilib: 03.05.2016)

Hansı cümlədə fel qayıdış növdədir?

qapı açıldı
qab yuyuldu
duman çəkildi
ip çəkildi
Teymur vuruşdu

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Yanaşma əlaqəsi ilə bağlı fikirlərdən hansı səhvdir?

Yanaşma əlaqəsinin qrammatik göstəriciləri yoxdur
Tabesizlik əlaqəsinin bir növüdür
Asılı tərəf əsas tərəfdən əvvəl gəlir
Daha çox I növ təyini söz birləşmələrinin tərəfləri arasında olur

“ Qeyri – təyini söz birləşmələri ” ni göstərin:

Durna gözlü, kosmosa yol, insana hörmət
Şirin meyvə, başdan ayağa, mənalı söz
Uca dağ, dağlardan uca, gözləri dolğun
Əlində məktub, məktəb binası, qızıl üzük

Uzlaşma əlaqəsi nəyə deyilir?

Asılı tərəfin əsas tərəflə şəxsə və kəmiyyətə görə uyğunlaşmasına
iki və daha artıq sözün birləşməsinə
Əsas tərəfi adlarla ifadə olunan birləşmələrə
Əşyanın adını bildirməsinə
Bitmiş bir fikri ifadə etməsinə

Hansı bənddə söz – cümlə işlənmişdir?

- Ağa, şikayətim var.
- Kimə?
- Niyə baxa bilmirsən?
- Başım ağrıdığından...
- Yaxşı, sən su şikayətinə baxa bilərsənmi?
- Yox.
- Bəs sən kimsən, ağa?
- Mən pristavın pomoşniki.

Hansı cümlədə zərfliyin əlavəsi işlənmişdir?

Sənin kimi gənclərin əsil cəbhəsi buradır – kənddir
Bura mənim vətənimdir – Azərbaycandır
Fərhad öz təhsilini Xətada – Çində almış, qüdrətli bir sənətkar olmuşdur
İndi bahar fəslidir – yazdır

Hansı cümlədə kəmiyyət zərfliyi işlənmişdir?

Utandığından uşağın sifəti qızarmışdı
Mən onu uşaqlıq illərindən tanıyıram
Ana qayğılı halda dedi
Bu sözü mən sizə dəfələrlə demişəm

Hansı fikir yanlışdır?

Hər bir cümlə müəyyən məqsədlə deyilir
İntonasiya şifahi nitqdə cümlələri fərqləndirən vasitələrdəndir
Cümlələri intonasiyanın köməyi ilə həm nəqli, həm də sual cümləsi kimi işlətmək olar
Cümləyə məxsus bitkinlik intonasiyası cümlələrin hamısına aid olmur

Sifətin adi dərəcəsi  nə  bildirir?

Adi dərəcə əlamətin adi haldan çox olduğunu bildirir.
Adi dərəcə əlamətin adi halda olduğunu bildirir.
Morfoloji üsulla yarandığını bildirir.
Əlamətin adi haldan az olduğunu bildirir.
Əlamətin olmadığını bildirir.

Mubtədası sifətlə ifadə olunan cümləni göstərin?

Xərc üstə çoxları dusdu kəməndə
Gözəllər seyrəngahisan görüm səni var ol yaylaq
Hər şey sənin düşündüyün qədər asan deyil
İnsaflar azalıb mürvət gödəlib
Namərd dar gündə aradan çıxandır

Xitab cümlədə nə bildirir?

Cümlədə hərəkəti bildirir
Cümlədə hərəkəti müxtəlif cəhətdən izah edir
Cümlədə müraciət olunanı bildirir
Cümlədə hərəkəti icra edəni bildirir
Cümlədə obyekt bildirir

Əmr cümləsi haqqındakı fikirlərdən hansı düzgündür?

Yüksək hiss – həyəcanla tələffüz edilən cümlələrə əmr cümləsi deyilir
Əmr cümləsinin xəbəri felin xəbər şəkli ilə ifadə olunur
Əmr cüməsinin üç növü var
Felin əmr şəkli ilə əmr cümlələri arasında məna və qrammatik cəhətdən əlaqə var

Hansı fikir səhvdir?

Dildə nə qədər söz varsa, hamısından nitqdə istifadə olunur
Dilin heç bir sözü cümlədə kənarda qala bilməz
Cümlədə olan sözlər rollarına görə 3 qrupa bölünür
Dildə nə qədər söz varsa, hamısından nitqdə istifadə olunmur

Hansı səbəb zərfliyidir?

Nənəsini görmək üçün rayona getməli idi
Akif bu gün ailəsi ilə birlikdə gəzintiyə getmək üçün dərslərini tez qurtardı
Müalicəmi davam etdirmək üçün həkimin yanına getdik
Yağış yağdığı üçün binanın inşaatı yarımçıq qaldı
Yüksək qiymət aldığıma görə təriflədilər

Cümlədə nə işlənmişdir?
Turalın-gənc döyüşçünün qəhrəmanlığı bütün alaya yayıldı

Ümumiləşdirici söz
Həmcins üzvü cümlə
Cümlə üzvünün əlavəsi
Həmcins ixtisar
Xitab

Ara sözlər haqqında deyilənlərdən biri səhvdir:

Ara sözlər cümlə üzvləri ilə tabesizlik əlaqəsində olur
Cümlə üzvlərindən vergüllə ayrılır
Ara sözlər cümlə üzvləri ilə heç bir əlaqədə olmur
Ara sözlər söz birləşməsi şəklində ola bilər

Felilərdən sifət düzəldən şəkilçiləri seçin

-ağan, -liq, -da
-qın, -ıcı, -unc
-i, -dak, ı-siz
-ma, -qan, -pərəst
-dan, -gil, -untu

Orada-otağın qarşısında ağacın dibində dirək basdırılmışdı cümləsində işlənmişdi:

həmcins üzv
ara söz
ümumiləşdirici söz
cümlə üzvünün əlavəsi
heç biri

Xəbəri feli feli sifətlə ifadə olunmuş cümləni göstərin:

Ağacdan asılmış oyuncaqlar necədə gülməlidir
Bu sözlər ona deyilməməliydi
Azacıq aşım, ağrımaz başım
Bişmişlər stolun üstünə düzülmüşdü
O, mütləq bu xəstəlikdən sağalmalıdır

Nida cümləsi hansıdır?

Yetər artıq, ayaqlarda süründük
İrəli gəl
Tez get
Bağışla məni
Artıq gecdir

Tabesizlik əlaqəsi haqqındakı fikirlərdən biri düzgündür:

Sənətkarı xalq yaşadır tabesizlik əlaqəli cümlədir
Tabe sözün şəxs və kəmiyyətə görə əsas sözlə uyğunlaşmasına tabesizlik əlaqəsi deyilir
Tabesizlik əlaqəsində olan sözlərdən biri o birinə tabe olur
Tabesizlik əlaqəsində olan sözlər ya intonasiya vasitəsi ilə, ya da tabesizlik bağlayıcıları ilə əlaqələnir

Aşağıdakılardan biri söz birləşməsidir:

Səndən ötrü
Fikrə getmək
Doğma torpaq
Kömək edəndə

Hansı cümlədə yer zərfliyi işlənməmişdir?

Yuxarıdan evimiz görünür
İndi hər kəs öz bacarığını göstərməlidir
Oradan aşağı düş
Dəniz sahilində dincəlirik

İkinci növ təyini söz birləşməsinə aid olanlardan hansı yanlışdır?

Bu birləşmələrin tərəfləri eyni zamanda cəmlənə bilmir
Bu birləşmələr mənsubiyyət şəkilçilərinin köməyi ilə əmələ gəlir
Birləşmənin yaranması üçün birinci tərəfdə şəkilçi olmur
Birləşmənin ikinci tərəfi 3 – cü şəxsin mənsubiyyət şəkilçisini qəbul edir

Idarə əlaqəsi nə şəkilçiləri ilə düzəlir?

mənsubiyyət
cəm
hal
şəxs sonluqları
heç biri

3-cü növ söz birləşməsi nəyə deyilir?

Hal və mənsubiyyət şəkilçilərinin iştirakı olmadan yaranan birləşmələrə
Birinci tərəfi yiyəlik hal, ikinci tərəfi mənsubiyyət şəkilçili birləşmələrə
Birinci tərəfi yiyəlik hal şəkilçisiz, ikinci tərəfi mənsubiyyət şəkilçili(ı, i, u, ü)birləşmələrə
Əsas tərəfləri fellərdən ibarət olan birləşmələrə
Əsas tərəfləri adlarla ifadə olunan birləşmələrə
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.