Sizin hazırki nikiniz (ləğəbiniz)

I bolmə

Mübtəda. Hissə 1.

Test ID - 49384
Müəllif: Admin (Əlavə edilib: 29.07.2011)

Hansı cümlədə mübtəda mürəkkəb adla ifadə olunmuşdur

Xurşidbanu Natəvan ən çox qəzəl yazmışdır
Yaradan, yaşadan öz əlimizdədir
Oxuyan bülbüldür, dinləyən qazdır
Siz məni saldınız bu hala, gözlər

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Təyini söz birləşməsi işlənmiş cümləni göstərin:

Müəllim məktəbdən vağzalacan şagirdləri ötürdü
Əhməd qapını taybatay açdı
Axşamüstü çobanlar sürüləri örüşdən gətirdilər
Məktəb həyatı Kamili tamamilə dəyişdirdi
Bülbüllər səhər-səhər ağız ağıza verib oxuyurdular

Evin havası təyini söz birləşməsinin tərəfləri arasında hansı əlaqələr mövcuddur

idarə
uzlaşma idarə
yanaşma idarə
heç biri
hər üçü de

Tabelilik əlaqəsinə aid edilə bilməz:

Tabelilik əlaqəsində olan sözlər ya intonasiya vasitəsilə, ya da tabesizlik bağlayıcıları ilə əlaqələnir
Tabelilik əlaqəsi tabe sözdən tabeedici sözə doğru yönəlmiş oxla göstərilir
Bu əlaqədə olan sözlərdən biri o birinə tabe olur
Bu əlaqənin 3 növü var

Səhv fikri göstərin:

Nəqli cümlələrdə sözlərin qrammatik sırası daha çox gözlənilir
Azərbaycan dili cümlələrində sözlərin qanunauyğun sırasından danışanda, əsasən, sual cümlələri nəzərdə tutulur
Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir
Nəqli cümlələrin xəbərlərinin ifadə vasitələri azdır

"Vətən" sözünün leksik təhlilindəki səhvi göstərin.

Həm leksik, həm də qrammatik mənası var
Ümumişlək sözdür.
Qürbət sözünün antonimidir.
Sinonimi yoxdur.
Omonimliyi yoxdur.

Asılı tərəfi isim olan təyini söz birləşməsi hansıdır?

Əlvan çiçəklər
Şüşə qab
Uca dağ
Sərin yaylaqlar

Cümlələrdən birində zərf işlənməmişdir:

Qoca ehtiyatla yeriyirdi
Aşağı otaqlar nəmdir
Uşaq bərk yatmışdı
Dünən yağış yağdı

Təyin ilə tərzi-hərəkət zərfliyini necə fərləndirmək olar?

təyin ilə tərzi-hərəkət zərfliyini fərqləndirmək üçün onların aid olduğu üzvlərə diqqət yetirmək lazımdır
təyinə sual vermək lazımdır
tərzi-hərəkət zərfliyinə sual vermək lazımdır
təyinin aid olduğu üzvə diqqət yetirmək lazımdır
tərzi-hərəkət zərfliyinin məna növünə fikir vermək lazımdır

Söz birləşməsi və cümlə üçün ortaq əlaməti göstərin:

Konkret ad bildirmək.
Sözlərin birləşməsindən əmələ gəlməsi
İntonasiya bitkinliyinin olması
Bir sözdən ibarət olmaq

Biri mürəkkəb ismi birləşmə deyil:

ətraflı fikir söyləmək
darvazanın böyük qapısı
xurcunun bəzəkli naxışları
mənim ciddi danışmağım

Hansı cümlədə zaman zərflikləri feli bağlama ilə ifadə olunmuşdur?

Elləri sevmişdir könlüm əzəldən
Könlümün çiçəyi açmadan soldu
Qəribin gözləri dolar axşamlar
Mən sizi görmüşəm bir yaz səhəri

Söz birləşmələrindən hansı idarə əlaqəsindədir?

Biz tələbəyik
Ordubadinin əsərləri
Uca dağ
Hündür bina
Soyuq qış

Biri sintaksisdə öyrənilmir

ismi birləşmələr
cümlə üzvləri
cümlənin növləri
sintaktik təhlil
frazeoloji birləşmələr

Yanlış fikri göstərin:

Vasitəsiz tamamlıq ismin yönlük, yerlik və çıxışlıq halında olan sözlərlə ifadə olunur
Tamamlığın iki növü var
İkinci dərəcəli üzvlər cümlənin baş üzvlərinə aid olur
Vasitəsiz tamamlıq kimi? nəyi? nə? suallarına cavab verir

Həmcins zərflikli cümləni göstərin:

Eşq olsun bu müqəddəs varlığa
Ona görə də təbiətə qayğı və məhəbbətlə yanaşılmalıdır
Sonra parkın kənarı ilə keçərək məktəbə doğru yollandıq
Mikayılın və döyüş yoldaşlarının payına çətin vəzifə düşmüşdü

Tabesizlik əlaqəsi haqqındakı fikirlərdən biri düzgündür:

Sənətkarı xalq yaşadır tabesizlik əlaqəli cümlədir
Tabe sözün şəxs və kəmiyyətə görə əsas sözlə uyğunlaşmasına tabesizlik əlaqəsi deyilir
Tabesizlik əlaqəsində olan sözlərdən biri o birinə tabe olur
Tabesizlik əlaqəsində olan sözlər ya intonasiya vasitəsi ilə, ya da tabesizlik bağlayıcıları ilə əlaqələnir

İsmi söz birləşmələrinə başqa nə deyilir?

tabesizlik
tabelilik
söz birləşməsi
təyini söz birləşməsi
ismi birləşmə

Kəmiyyət zərfliklərinə aid edilə bilməz:

Miqdar zərfləri və ismi birləşmələrlə ifadə olunmur
İş və hərəkətin nə qədər icra olunduğunu bildirir
Nə qədər? sualına cavab verir
Miqdar zərfləri və ismi birləşmələrlə ifadə olunur

“ Əsmər xala İlyası burada – Tamamın evində gördükdə təəccübləndi ” cümləsinin sintaktik təhlili ilə bağlı fikirlərdən biri doğru deyil:

Tabesiz mürəkkəb cümlədir
Sadə geniş cümlədir
Cümlənin feli xəbəri sadədir
Feli bağlama tərkibi zaman zərfliyidir

Sintaktik əlaqələrin hansı növü eyni hüquqlu sözlər arasında olur?

Tabelilik əlaqəsi
İdarə əlaqəsi
Tabesizlik əlaqəsi
Uzlaşma əlaqəsi

Cümlədə nə işlənmişdir?
Turalın-gənc döyüşçünün qəhrəmanlığı bütün alaya yayıldı

Ümumiləşdirici söz
Həmcins üzvü cümlə
Cümlə üzvünün əlavəsi
Həmcins ixtisar
Xitab

Hansı cümlədə yer zərfliyi işlənməmişdir?

Yuxarıdan evimiz görünür
İndi hər kəs öz bacarığını göstərməlidir
Oradan aşağı düş
Dəniz sahilində dincəlirik

Verilmiş atalar sözlərindən hansı ümumi şəxsli cümlədir?

Dost dar gündə tanınar
Cücəni payızda sayarlar
Qorxan gözə çöp düşər
İşləməyən dişləməz

Hansı cümlədə fel qayıdış növdədir?

qapı açıldı
qab yuyuldu
duman çəkildi
ip çəkildi
Teymur vuruşdu

Söz birləşmələri haqqında yanlış fikri seçin

sözlərdən əmələ gəlir
sintaktik vahiddir
lüğətlərdə verilir
sadə düzəltmə və mürəkkəb olur
sözlərə nisbətən konkretdir

Biri ümumi şəxsli cümlə deyil:

Qaranlığa daş atmazlar
İşləməyənə tənbəl deyərlər
Cücəni payızda sayarlar
Suda batan saman çöpündən yapışar
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.