Sizin hazırki nikiniz (ləğəbiniz)

Söz birləşmələri

Söz birləşmələrinin quruluşu. Hissə 1.

Test ID - 83780
Müəllif: Qonaq__8129267 (Əlavə edilib: 16.03.2016)

Təyini söz birləşməsi işlənmiş cümləni göstərin:

Müəllim məktəbdən vağzalacan şagirdləri ötürdü
Əhməd qapını taybatay açdı
Axşamüstü çobanlar sürüləri örüşdən gətirdilər
Məktəb həyatı Kamili tamamilə dəyişdirdi
Bülbüllər səhər-səhər ağız ağıza verib oxuyurdular

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Hansı birləşməni 2-ci növdən 3-cü növə çevirmək olmaz?

dağ havası
məktəb direktoru
elmlər namizədi
sinif jurnalı
gözəl hava

Qoy ya bəşəriyyət yaşasın, yaxud əsarət!
cümləsi hansı cümlə növündədir?

Sual cümləsi
Nida cümləsi
Nəqli cümlə
Əmr cümləsi

Biri mürəkkəb ismi birləşmə deyil:

ətraflı fikir söyləmək
darvazanın böyük qapısı
xurcunun bəzəkli naxışları
mənim ciddi danışmağım

Cümlənin mürəkkəb üzvlərinin ifadə vasitələrindən səhv olanı göstərin

İİİ növ təyini söz birləşməsi
İİ növ təyini söz birləşməsi
mürəkkəb sözlər
mürəkkəb adlar
feli sifət və məsdər tərkibləri

Cümlədə olan sözlər hansı xüsusiyyətinə görə bir neçə qrupa bölünür?

Cümlədəki vəzifəsinə görə
Funksiyasına görə
Rollarına görə
Məna növünə görə

Hansı cümlə qeyri-müəyyən şəxsli cümlədir?

Günü günə satmazlar
Işləməyənə tənbəl deyərlər
Qapını döyürlər
Şəhərdə sakitlikdir
Kişinin ona bərk acığı tutdu

Hansı fikir səhvdir?

Dildə nə qədər söz varsa, hamısından nitqdə istifadə olunur
Dilin heç bir sözü cümlədə kənarda qala bilməz
Cümlədə olan sözlər rollarına görə 3 qrupa bölünür
Dildə nə qədər söz varsa, hamısından nitqdə istifadə olunmur

Hansı cümlədə zərfliyin əlavəsi işlənmişdir?

Sənin kimi gənclərin əsil cəbhəsi buradır – kənddir
Bura mənim vətənimdir – Azərbaycandır
Fərhad öz təhsilini Xətada – Çində almış, qüdrətli bir sənətkar olmuşdur
İndi bahar fəslidir – yazdır

Cümlə üzvləri nəyə deyilir?

İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gələn sözlərə
Hərəkət və əlamət obyektini bildirir
Bitmiş fikir ifadə edən bir sözə və ya bir neçə sözün birləşməsinə
Məna və qrammatik cəhətdən bir – biri ilə əlaqədar olan, müəyyən suallara cavab verən sözlərə

Səbəb zərfliyi ilə bağlı səhv fikri seçin:

İş ,hərəkət və ya əlamətin səbəbini bildirir
Niyə? nə üçün? nə səbəbə? suallarına cavab verir
Üçün, görə, ötrü qoşmaları ilə də ifadə olunur
Səbəb zərfliyindəki iş xəbərdəki işdən sonra baş verir

Nida cümləsini göstərin:

Yetər artıq, ayaqlarda süründük
Gün olsun ki, qurtarsın dava
Tələsmə, hələ tezdir
Yenə də hər zaman ürəyimdəki sənsən

Cümlələrdən hansının zərfliyi mürəkkəbdir?

Alpinistlər dağa sarı gedirlər
Uşaq xəstələndiyi üçün dərsə gəlməmişdi
Ocaq yavaş-yavaş sönürdü
Məktubu oxuyanda ananın gözləri yaşardı
Qardaşım qaça-qaça yanıma gəldi

Həmcins zərflikli cümləni göstərin:

Eşq olsun bu müqəddəs varlığa
Ona görə də təbiətə qayğı və məhəbbətlə yanaşılmalıdır
Sonra parkın kənarı ilə keçərək məktəbə doğru yollandıq
Mikayılın və döyüş yoldaşlarının payına çətin vəzifə düşmüşdü

Evin havası təyini söz birləşməsinin tərəfləri arasında hansı əlaqələr mövcuddur

idarə
uzlaşma idarə
yanaşma idarə
heç biri
hər üçü de

Vasitəli tamamlıq hansı cümlədədir?

Quzu su içir
Vətənin keşiyində duranlara qayğı gərəkdir
Kitabı aldım
Uşağı çağır

Cümlənin qrammatik cəhəti kimi göstərilənlərdən biri səhvdir:

Cümlə intonasiyasının olması
Bitmiş fikir ifadə etməsi
Modallığın olması
Qrammatik cəhətdən formalaşmış xəbərə malik olması

Adlıq cümləni göstərin:

Kitab rəfi
Babadağ
Qədim qala
Bakı Dövlət Universiteti

Kəmiyyət zərfliklərinə aid edilə bilməz:

Miqdar zərfləri və ismi birləşmələrlə ifadə olunmur
İş və hərəkətin nə qədər icra olunduğunu bildirir
Nə qədər? sualına cavab verir
Miqdar zərfləri və ismi birləşmələrlə ifadə olunur

"Kitabın üzü cırıq idi" cümləsinin mübtədası nə ilə ifadə olunmuşdur?

isimlə
1-ci növ təyini söz birləşməsi ilə
3-cü növ təyini söz birləşməsi ilə
2-ci növ təyini söz birləşməsi ilə
feli birləşmə ilə

İsmi xəbərli cümlə hansıdır?

O şərəfli günlər unudularmı?
Ana oğlunu məktəbə gətirdi
Yığıncaqda adam az idi
Balaş kişi Hürünü anasına tapşırdı

Məqsəd və intonasiyaya görə cümlənin növlərinə aid etmək olmaz

nəqli cümləni
sual cümləni
nida cümləni
əmr cümləni
söz cümləni

Cümlənin hansı üzvləri həmcins ola bilər?

Yalnız mübtəda və xəbər
Yalnız tamamlıq
Zərflik və təyin
Cümlənin 2 ci dərəcəli üzvləri
Cümlənin bütün üzvləri

Söz birləşməsi və söz haqqındakı fikirlərdən biri düzgündür :

Söz birləşməsi və söz arasında 2 oxşar cəhət var
söz sintaktik, söz birləşməsi leksik vahiddir
hər ikisinin müəyyən sıralama qaydası var
söz ümumi hal bildirdiyi halda, söz birləşmasində konkretlik var
oxşar cəhəti yoxdur

Birinci növ təyini söz birləşmələrində hansı əlaqə olur?

idarə
uzlaşma
yanaşma
hər üçü
heç biri

Cümlə üzvlərinin sırasının pozulması haqqında fikirlərdən hansı səhvdir?

Cümlə üzvləri müəyyən qanunauyğunluqla sıralanır
Mübtəda ilə xəbər heç vaxt yerini dəyişmir
Bəzən cümlə üzvlərinin qanunauyğunluqla sırası pozulur
Şeirlərdə cümlə üzvlərinin sıralanmasının nisbi sərbəstliyi təbiidir
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.
ugur_200x200.gif
antanta1.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif