Sizin hazırki nikiniz (ləğəbiniz)

Sadə cümlələr

Müxtəsər və geniş cümlələr. Hissə 1.

Test ID - 83832
Müəllif: Qonaq__8662511 (Əlavə edilib: 07.12.2015)

Müxtəsər cümləni seçin:

Dərələr uğuldadı
Şiddətli külək əsir
Lalə soyuqdan titrəyir
Cavan çinar ağacı burada idi
Maraqlı bir roman oxudum

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Feli birləşmələrdən biri düzgündür:

Oxunan nəğmə
Nəğmə oxuyan uşaqlar
Nəğmə oxuyan bülbül
Nəğməni oxuyan

Hansı sırada təyin feli xəbərlə ifadə olunmuşdur?

Çalış əxlaqlı adam ol
Yavaş danış eşidərlər
Yolun kənarında ağac var
Bir tam onda üç hissə götürdüm
Bu il kəndə getmə

Cümlələrin hansında tabesizlik əlaqəsi var?

Mən Bakıya gedəcəyəm
Balaca otaqda kiçik bir məclis qurulmuşdu
M.P.Vaqif ağıllı, savadlı, hazırcavab və mərd bir şəxsiyyət idi
Uca dağlar məskənin olsun
Səhər yola çıxmalı idi

Söz birləşməsi və cümlə üçün fərqli əlaməti göstərin:

Məna və qrammatik əlaqələrin müxtəlif olması
Sözlərin birləşməsindən əmələ gəlməsi
Hər ikisində sözlərin sırası eyni olur
İntonasiya bitkinliyinin olması

“ Qeyri – təyini söz birləşmələri ” ni göstərin:

Durna gözlü, kosmosa yol, insana hörmət
Şirin meyvə, başdan ayağa, mənalı söz
Uca dağ, dağlardan uca, gözləri dolğun
Əlində məktub, məktəb binası, qızıl üzük

Bu cümlələrdən birinin xəbəri III şəxsin təkində olur:

Qeyri – müəyyən şəxsli cümlə
Şəxssiz cümlə
Adlıq cümlə
Söz cümlə

Birində xəbərin mübtəda ilə kəmiyyətə görə uzlaşması pozulmuşdur

uşaqlar oxuyurlar
kəndlilər işləyirlər
ağaclar quruyur
onlar dinləyirlər
əsgərlər döyüşürlər

Aşağıdakılardan hansı tərzi-hərəkət zərfliyidir?

qaça-qaça
gülə-gülə
aşağı
qəhrəmancasına
sabah

“ Sən ellər toyusan, ellər bayramı ” cümləsindəki həmcins üzvdə hansı şəkilçi ixtisar olunub?

Şəxs şəkilçisi
Cəm şəkilçisi
Hal şəkilçisi
Zaman şəkilçisi

Əmr cümləsi haqqındakı fikirlərdən hansı düzgündür?

Yüksək hiss – həyəcanla tələffüz edilən cümlələrə əmr cümləsi deyilir
Əmr cümləsinin xəbəri felin xəbər şəkli ilə ifadə olunur
Əmr cüməsinin üç növü var
Felin əmr şəkli ilə əmr cümlələri arasında məna və qrammatik cəhətdən əlaqə var

Zərf haqqındakı fikirlərdən biri düzgündür:

Nitq hissələri ilə ifadə olunan zərfliklər quruluşca sadədir
Zərflik quruluşca üç cür olur
İsmi xəbərə aid olur
Cümlənin feli xəbərlərinə aid olur və yanaşma əlaqəsi ilə onlara bağlanır

Hansı cümlədə fel qayıdış növdədir?

qapı açıldı
qab yuyuldu
duman çəkildi
ip çəkildi
Teymur vuruşdu

Həmcins xəbərli cümlələri göstərin

Ağlamayın, ağlamayın, analar!
Elçin oxuyur, səbinə düşünür
Döşünə döymək, lovğalanmaq pis xasiyyətdir
Dağları, düzləri ağ qar bürüyüb
Uşaqlar həyətdə danışır və mübahisə edirlər

Hansı nümunədə ancaq qeyri-təyini ismi birləşmələr var?

kosmosa yol, əlində qələm
dərsə gedən, ürəyi qəmli
uşaqlardan ikisi, evdən çıxarkən
dağın yamacı, məktəbə hazırlıq
sədrin özü, qılıncın gücü

Birinci növ təyini söz birləşməsi arasında hansı əlaqə var?

idarə, uzlaşma
yanaşma, uzlaşma
uzlaşma
yanaşma
idarə

Hansı cümlənin xəbərinə sual vermək olmaz?

Çox keçmişəm bu dağlardan
Düşərgəmiz çayın vadisində idi
Bu ahəstə ayaq səsləri onunkudur
Səni heç buralarda tanıyan varmı?
Belə şəkil karikatura deyildir

"Mən gülləri, çiçəkləri suladım"- cümləsində sintaktik əlaqənin növünü tapın.

tabesizlik əlaqəsi
idarə əlaqəsi
yanaşma əlaqəsi
idarə, yanaşma əlaqələri
uzlaşma, tabesizlik əlaqəsi

Təyini söz birləşmələri haqqında fikirlərdən biri səhvdir:

Formasına və məna xüsusiyyətlərinə görə təyini söz birləşmələri üç növə ayrılır
Birinci növ təyini söz birləşmələrin əmələ gəlməsində heç bir formal əlamət iştirak etmir
Birinci növ təyini söz birləşməsinin ikinci tərəfi əsasən sifətlə ifadə olunur
Birinci növ təyini söz birləşmələrinin tərəfləri arasında məna əlaqələri olur

"Qarlı bənövşələr qarı qaldırıb can atır günəşə"
nümunəsinin sintaktik təhlilindəki səhvi tapın:

Xəbər frazeoloji birləşmə ilə ifadə olunub
Bütün cümlə üzvləri iştirak edir
Qaldırıb və can atır həmcins təyinlərdir
Cümlənin təyini və mübtədası sadədir

1 ci nov təyini söz birləşməsinə aid olan cümləni göstərin:

1 ci nov ismi birləşmə birlik də cümlənin bir üzvü olur
1 ci nov ismi birləşmə ayrılıq da cümlənin bir üzvü olur
1 ci nov ismi birləşmə cümlənin bir üzvü olur Lakin tərəflər arasına istənilən qədər söz daxil ola bilər
1 ci nov ismi birləşmə asılı tərəf ismin adlıq, yönlük, yerlik və çıxışlıq halda olur
Məqsəd güdmür

Hansı səbəb zərfliyidir?

Nənəsini görmək üçün rayona getməli idi
Akif bu gün ailəsi ilə birlikdə gəzintiyə getmək üçün dərslərini tez qurtardı
Müalicəmi davam etdirmək üçün həkimin yanına getdik
Yağış yağdığı üçün binanın inşaatı yarımçıq qaldı
Yüksək qiymət aldığıma görə təriflədilər

Nəqli cümlənin sonunda hansı işarə qoyulur?

Nöqtə
Nida
Sual
Vergül
İki nöqtə

Səbəb zərfliyi ilə bağlı səhv fikri seçin:

İş ,hərəkət və ya əlamətin səbəbini bildirir
Niyə? nə üçün? nə səbəbə? suallarına cavab verir
Üçün, görə, ötrü qoşmaları ilə də ifadə olunur
Səbəb zərfliyindəki iş xəbərdəki işdən sonra baş verir

Mürəkkəb adların ixtisarına nə deyirlər?

linqvistika
abreviatura
leksika
substantivləşmə

Üçüncü növ təyini söz birləşmələrinə aid deyil:

Bu birləşmələr ismin yiyəlik halının və mənsubiyyət şəkilçilərinin köməyi ilə əmələ gəlir
Birləşmənin 2 – ci tərəfi 3 – cü şəxsin mənsubiyyət şəkilçisi ilə düzəlir
Üçüncü növ təyini söz birləşməsinin tərəfləri, əsasən, isimlərlə ifadə olunur
Üçüncü növ təyini söz birləşməsinin tərəfləri arasına istənilən qədər söz artırmaq olar

And olsun yeri, göyü Yaradana!
Cümləsinin növünü tapın:

Adlıq cümlə
Ümumi şəxsli cümlə
Müəyyən – şəxsli cümlə
Şəxssiz cümlə

Tabelilik əlaqəsinə aid olan nümunə hansıdır?

Arif, danış
Əlbəttə, getməliyik
Danışın, danışın
Evə getdik, Surxay
Deyəsən, gecikmədik
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.
ugur_200x200.gif
antanta1.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif