İzahlı lüğət

HƏMKAR

is. [fars.] Biri ilə bir yerdə, bir sənətdə, bir peşədə işləyən adam; iş, sənət, ixtisas yoldaşı. Veys yanını stula təzəcə qoymuşdu ki, həmkarlarının yerdə bardaş qurduğunu görüb, özü də elə onların yanında çömbəlib divara söykəndi.. Ə.Əbülhəsən. [Cəfərqulu] baxırdı ki, görsün, həmkarlarından bura kim gəlib. B.Bayramov.
□□ Həmkarlar ittifaqı - fəhlə və qulluqçuların mənafeyini qorumaq üçün əmək prinsipi üzrə onları birləşdirən kütləvi təşkilat.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

HAF