İzahlı lüğət

SƏCCADƏ

is. [ər.] din. Mömin müsəlmanların namaz qılanda istifadə etdikləri kiçik xalça və ya parçadan tikilmiş döşənək; canamaz. Bununla bərabər hacı dayım o qədər mömin və o qədər namaz qılan idi ki, səhərdən axşamadək səccadə qabağında namaz qılardı. C.Məmmədquluzadə. Hacının dəstəmaz suyu hələ qurumamışdı ki, səccadəni [sərib] müqəddəs əqidə ilə namaza şüru etdi. Çəmənzəminli. Bütün varım-yoxum bir əba, bir səccadə, bir kəşkül və bir də nacaqdan (təbərzindən) ibarətdir. N.Vəzirov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SUP

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed