İzahlı lüğət

SAHƏ

is. [ər.] 1. Açıq yer, boş və geniş yer, tutulmamış yer; düzən. Geniş sahə. Qumluq sahə. // Torpağın müəyyən məqsəd üçün istifadə edilən parçası, qismi. Həyətyanı sahə. inşaat sahəsi. Torpaq sahəsi. - Əkin sahəsi çaya lap yaxın olan manqabaşçısı Pəri orabura qaçır, çayın o tərəfinə keçməyə can atırdı. Ə.Vəliyev. Müdafiə xətti keçən sahələrdən [taxıl] kəndə daşınmışdır. Ə.Əbülhəsən. Sahə dörd tərəfdən çəkilmiş düz iplərlə əhatə olunmuşdu. H.Seyidbəyli.
Müəyyən məqsəd üçün ayrılan və səthi kvadrat metrlərlə ölçülən yer. Yaşayış sahəsi. Mənzilin sahəsi 2 kv. metrdir.
Hər hansı bir işin, yaxud elmin, fəaliyyətin ayrıca hissəsi, müstəqil şöbəsi. Elmin müxtəlif sahələri. Maarif sahəsi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SAF

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed