İzahlı lüğət

SÜLH

is. [ər.] 1. Barış, əmin-amanlıq, dinclik, sakitlik. Sülh uğrunda mübarizə. - ..Silahını bağrına basmış döyüşçülərin gözündə əbədi sülhün işıqları yanırdı. M.İbrahimov. // Müharibə edən tərəflərin müharibəni dayandırmaq haqqında razılığı; saziş, barış, barışıq. □ Sülh etmək - barışmaq, barışmaq haqqında müşahidə bağlamaq.
2. İncikliyi, ədavəti, küsülülüyü aradan qaldırma, barışma. Yox, kərbəlayıya hirs qalib olub, sülhlə arası yoxdur. Çəmənzəminli. [Molla Xəlil] qalibiyyətinə xatircəm deyildi. Bunun üçün müəllimə sülh təklif edirdi. S.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......