İzahlı lüğət

SALAMAT

sif və zərf [ər.] 1. Sağ, diri, xətərsiz-bəlasız, sağ-salamat. [Qurban:] Sonra yaz ki, mən də, şükür Allaha, sağ və salamatam. A.Şaiq. [Qəndab:] Məzahiri tapıb salamat olduğunu bildim. B.Bayramov. □ Salamat çıxmaq - sağ qalmaq, diri qalmaq, ölməmək; salamat qurtarmaq. [İlyasın dayısı:] Tərlan olmasaydı, mən o axırıncı döyüşdən salamat çıxmayacaqdım. Ə.Məmmədxanlı. Salamat qalmaq - 1) ölməmək, sağ qalmaq, yaşamaq, xilas olmaq, xətərdən qurtarmaq. Bir müddət sonra isə Kərimxanın salamat qalan yoldaşları [Xavərə] əl tutmağa başlamışdı. M.İbrahimov; 2) bütöv qalmaq, sağ qalmaq, toxunulmaz qalmaq; zədəsiz, nöqsansız olmaq, dağılmamaq. Çox çəkmədi ki, gəlinlər gəlib [şairin] daxmasını suvardılar və kəndin salamat qalmış (f.sif.) yeganə çırağını da [şairə] bağışladılar. Ə.Məmmədxanlı. Salamat qurtarmaq - bax salamat qalmaq 1-ci mənada. Hələ bu vaxta kimi bir adam onun əlindən salamat qurtarmayıb. “Koroğlu” . Odların içinə düşür, çox zaman; Salamat qurtarır ölməz qəhrəman. M.Rahim. Uşaq salamat qurtaranda elə bil dünya bizim olub. Mir Cəlal.
2. məc. Sağlam, gümrah. O, sifəti qaraşın, hündür və salamat bir arvad idi. C.Məmmədquluzadə.
□□ Salamat qalın! - görüşüb ayrılarkən qalan adama (adamlara) deyilən əlvida ifadəsi. Bəlkə bu yerlərə bir də gəlmədim; Duman, salamat qal, dağ, salamat qal. M.Araz. Salamat yer qalmamaq - hər yeri, hər tərəfi zədələnmək, yaralanmaq. Şahnigar taqətdən düşmüşdü. Ayaqqabısının dabanı qopmuş, əynindəki paltar didik-didik olmuşdu. Bədənində salamat yer qalmamışdı. İ.Şıxlı. Salamat yer qoymamaq - hər yerini, hər tərəfini əzişdirmək, zədələmək, yaralamaq, yaxud dağıtmaq, korlamaq, bərbad hala salmaq. [Məhbusi:] Yavaş, Kərimxan, qardaşım, yavaş. Bişərəflər məndə salamat yer qoymadılar. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed