İzahlı lüğət

QAYTARMAQ

f. 1. Alınmış, yaxud göndərilmiş bir şeyi geri vermək (göndərmək). Kitabı oxuyub mənə qaytar. Borcunu qaytarmaq.
Xahişlə və ya başqa bir yol ilə bir yerə qayıtmağa, yaxud geri dönməyə məcbur etmək; geri döndərmək. Yarı yoldan qaytarmaq. Hələ uzaq getməmişkən qaytar! - Məşuqə fənəri alıb qulluqçunu qaytardı. S.Rəhimov. Rədd etmək, dəf etmək, başdan sovmaq. Zərbəni qaytarmaq. □ Söz, cavab qaytarmaq - özündən böyüyün dediklərini və ya göstərişlərini qəbul etməyərək, qabacasına rədd etmək. [Nənəm mənə deyərdi:] Biz səni dərsə qoyuruq, sən fikir vermirsən, mollanı aldadırsan, ona cavab qaytarırsan. H.Sarabski.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed