İzahlı lüğət

ÖZGƏ

sif 1. Başqa, digər. Özgə məsələ. Özgə vaxt gələrsən. - Bundan əlavə, dəxi Yusif şahda həzar günə özgə eyblər tapdılar. M.F.Axundzadə. // Aid olduğu sözə xüsusi emosionallıq verir. Ilin hər fəslinin bir hüsnü var, amma qışın ləzzəti bir özgədir. C.Məmmədquluzadə. Deyirlər ki, evli olmağın, uşaq babası olub külfət arasında ömür sürməyin özgə bir ləzzəti var. A.Divanbəyoğlu.
Həmin cəmiyyətə, kollektivə, ailəyə mənsub olmayan. Özgə uşaq. - [Müəllim:] Mən ki özgə adam deyiləm. H.Nəzərli.
Is. mənasında. Kənar, yabançı, yad, özgəsi. [Dilbər:] Özgələri min iş görürlər, karvanı malı ilə yeyirlər, sarvanı şalı ilə. Cabbarlı. [Sərvər:] Rüstəm bəy Gülnazı özgəsinə ərə verir. Ü.Hacıbəyov. Qoşma vəzifəsində. Digər, başqa. Bahar fəsli el şad olur sərasər; Hərgiz məndən özgə yoxdur mükəddər. Q.Zakir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......