İzahlı lüğət

ÖKÜZ

is. 1. İş heyvanı kimi istifadə edilən buğa. Təpəl öküz. Öküzləri arabaya qoşmaq.
..Kiçik çobanlar öküzlərə minib, malları evə sarı qovurdular. H.Nəzərli. Güneyləri şumlamaq üçün kotana öküz qoşurdular. B.Bayramov.
2. məc. Çox yekə, nahamar, zorba adam haqqında. // məc. Qaba, kobud, qanmaz adam haqqında.
□ Öküzün böyüyü pəyədədir zar. - işin çətini hələ daldadır, cəncəl hələ qurtarmayıb. [Sara bibi:] Hələ öküzün böyüyü pəyədədir. Qantəmir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......