İzahlı lüğət

ÖLÜM-DİRİM

ölüm-dirim məsələsi çox vacib, son dərəcə mühüm, təxirəsalınmaz məsələ. [Əsgər:] Bizim millət bu hadisələrin ölüm-dirim məsələsi olduğunu anlamır. M.S.Ordubadi. Başmaq məsələsi [molla] üçün ölüm-dirim məsələsinə çevrilmişdi. Mir Cəlal. Ölüm-dirim döyüşü (vuruşu, savaşı, mübarizəsi və s.) - ölməkdən, yox olmaqdan, məhv olmaqdan qurtarmaq üçün aparılan döyüş (vuruşma, savaş, mübarizə və s.). Cəngavərlər sinələrini sipər edib ağ gün uğrunda ölüm-dirim döyüşlərinə atılırlar. S.Rəhimov. Elə bil iki böyük dəstə nərə çəkib bir-birilə ölüm-dirim vuruşuna girmişdi. M.Hüseyn. Böyük bir cəbhədə ölüm-dirim mübarizəsi getdikcə qızışır. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ÖD

......