İzahlı lüğət

ÖZBAŞINA

zərf Öz bildiyi kimi, heç kəsdən soruşmadan, icazə almadan. Sabir .. söz verdi ki, bir də özbaşına belə yerə çıxmaz. S.Rəhimov. [Rəis:] Şahinin nə ixtiyarı var ki, ştatda yer olmaya-olmaya özbaşına adam götürür? S.Rəhman. // Nəzarətsiz, baxımsız, başlı-başına. Uşaqları özbaşına qoymaq olmaz. - [Şəhrəbanu xanım:] Hələ bir de görüm, sən özbaşınasan, ya sənin atan yerində bir böyüyün var? M.F.Axundzadə. Kərim babanın inəkləri özbaşına buraxması sahiblərinin xoşuna gəlməzdi. A.Şaiq. İstəristəməz Züleyxa özbaşına buraxılmışdı. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ÖC

......