İzahlı lüğət

ÖLÜNCƏ

zərf 1. Çox bərk, çox şiddətli, amansızcasına. Ölüncə döymək. - [Pərviz xan:] Doğrusunu de, yoxsa səni soyundurub bədəninə ölüncə çubuq vurduracağam. Ə.Haqverdiyev. Ölənə qədər. Ölüncə gözləmək. - Iyid odu namusunu atmasın; Dost ölüncə dosta yalan satmasın. Aşıq Ələsgər. Hər zaman söylənib atan deyərdi: “Arvad tayfasıyla yoxam ölüncə!” M. Müşfiq.
məc. Hədsiz dərəcədə, hədd bilmədən. Ölüncə yemək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
i_l_by_id_with_comments