İzahlı lüğət

GƏZMƏK

f 1. Yerimək, dolaşmaq. Müəllimə, bəs neçin bir-iki gündür biz əvvəlki kimi oxuya-oxuya kəndi gəzmirik? C.Cabbarlı. Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər. Mir Cəlal. // Umumiyyətlə, hərəkət etmək, hərəkətdə olmaq. - Yenə açılmağa az qalıb səhər; Gəzir buludları keşik çəkənlər. M.Rahim. Sahil boyu düzülmüş fənərlərin əksi dənizdə gəzən yelkənli qayıqları işıqlandırırdı. S.Rəhman.
Var-gəl etmək, o baş-bu başa gedibgəlmək; gəzişmək, gəzinmək. Eyvanda gəzmək. Həyətdə gəzmək.
Səyahət etmək, hər yeri dolaşmaq. O, bir çox ölkələri gəzmişdir. - [Sənubər:] Əlbəttə, bütün dünyanı gəzmək, görmək yaxşıdır. B.Bayramov.
Seyrə çıxmaq, gəzintiyə getmək. Vaxtilə qadınlar cümə günləri ziyarət adı ilə [Pirvənzəriyə] gəzməyə gedərdilər. H.Sarabski. Gəzərək baxmaq, gəzə-gəzə tamaşa etmək. Muzeyi gəzmək. Xan sarayını gəzmək.
O günün sabahı, iclasdan əvvəl qurultay binasında təşkil edilmiş kənd təsərrüfat sərgisini gəzərkən Eldar [Ceyrana] yaxınlaşır. S.Hüseyn.
Bir şeyi axtarmaq, hər yerə baxmaq. Kitabların arasını gəzmək. Şkafı gəzmək. [Bayram:] Ağa, bir sözümə qulaq as, mən bu yaxınlıqda ov gəzirdim. M.F.Axundzadə. [Cahan:] Vallah, gedərəm, dolanaram, gəzərəm, baxaram, bəyənərəm, seçərəm, bir qız alaram ki, adam baxanda ağlı gedər. U.Hacıbəyov. // Axtarış aparmaq, axtarmaq. Polislər gəzir, hər yeri addım-addım eşələyir(dilər). S.Rəhimov.
Bir yerdən başqa yerə köçmək, çox yerə baş vurmaq. Kəndbəkənd gəzmək. - Çox gəzmişəm bu dünyanı oba-oba, oymaqoymaq; Kim istəyir bu neməti öz əlindən yerə qoymaq? S.Vurğun.
məc. Görüşmək, dostluq etmək, vaxt keçirmək, ünsiyyət bağlamaq. Oğlan qonşu qızı ilə gəzir. - Əlbəttə, Eyvazla gəzdiyini bilsə də, anası [Gülşənə] bir söz deməzdi, çünki bu, təsadüfi görüş idi. Ə.Vəliyev. // məc. Cinsi yaxınlıqda olmaq. Tiflisdə oxuduğu və xidmət etdiyi zaman .. çox qızla gəzmiş. Ə.Abasov.
məc. Vaxtını kefdə, əyləncədə, əyyaşlıqda keçirmək. [Qurban Nənəxanıma:] Belə olmaz, gecənin yarısına kimi gəzməzlər, niyə demirsən, oğul, vaxtında evə gəl?! Çəmənzəminli. [Gülcahan:] O gedib gəzəcək, mən sənin üçün evdə qalıb qulluqçuluq edəcəyəm? T.Ş.Simurq.
Keçmək, ötmək. Ay gəzər, il dolanar, şənbə düşər Novruza. (Ata. sözü).
Zahir olmaq, bir şeyin əlaməti görünmək, aşkar olmaq, özünü büruzə vermək. Dodağında təbəssüm gəzirdi. - Məsumənin sifətində zəhrimardan acı bir gülüş gəzdi. B.Bayramov.
Bir sıra isimlərə qoşularaq, mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: dillərdə gəzmək, əldə gəzmək, kənar gəzmək.
gəzə-gəzə zərf 1. Gəzərək, yeriyə-yeriyə, hərəkət edə-edə. Gəzə-gəzə danışmaq. Rüstəm bəy otaqda gəzə-gəzə öz-özünə danışarkən qapı taqqıldadı. Çəmənzəminli. Indi professor xiyabanda tək-tənha gəzə-gəzə bunları da xəyalında dolandırırdı. B.Bayramov.
Bir çox yerləri dolaşaraq, gəzərək. Gəzə-gəzə kəndə çatdı. - [Qarı:] Gəzə-gəzə sən də gəldin buraya; Eşitdiyin şəhri-Tiflis buradır. “Aşıq Qərib”.
Yavaş-yavaş, ağır-ağır, tələsmədən yeriyə-yeriyə. Gəzə-gəzə getmək. - Dəmirovgil gəzə-gəzə xırmanların üstünə tərəf gəlirdilər. S.Rəhimov. [Qələndər:] Qatar gecə yarısı gəlir. Dedim, elə piyada gəzəgəzə gedərəm.. Q.Ilkin.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed