İzahlı lüğət

ƏZƏMƏTLİ

sif. Böyük, möhtəşəm. Əzəmətli qala. Əzəmətli dağlar. - Ta o dərəcəyə kimi ki, hətta Istanbul kimi bir əzəmətli paytaxtda telefon çəkməyi Sultan Əbdülhəmid qadağan etmişdi. C.Məmmədquluzadə. Təyyarəmiz başdan-başa qarla örtülmüş bu əzəmətli şəhər üzərində uçur. M.Hüseyn. Misirli özü çəkdi; Qədim Memfis şəhərinin; Əzəmətli səddini. O.Sarıvəlli. // Dəbdəbəli, təmtəraqlı, möhtəşəm, calallı. Vaxtı ilə bir qismi miskin və fəqir, bir qismi də möhtəşəm və əzəmətli qəbirlərdən bir əsər və əlamət qalmamışdı. S.Hüseyn. Böyük, əzəmətli bir saray çilçıraq içərisində yanırdı. S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed