İzahlı lüğət

ƏMR1

is. [ər.] 1. Bir işin görülməsi üçün verilən hökm, göstəriş. [İskəndər:] Gərək hər əmrimə baş əysin cahan; Ovcumda top kimi oynasın dövran. A.Şaiq. ..Müqim bəy xanımın tapşırığını bir əmr kimi yerinə yetirmişdi. S.Rəhimov. □ Əmr etmək - bir işin görülməsini hökmlə tapşırmaq, buyurmaq. Onun eşqiylə mən ki dərbədərəm; Hər nə əmr etsəniz qəbul edərəm. H.Cavid. ..Mənə də müəllimimiz .. bir hekayə düzəldib yazmağı əmr etmişdi. S.S.Axundov. // Bir işi yerinə yetirmək haqqında əmr, sərəncam yazılmış kağız; əmrnamə. Nazirlikdən əmr alındı. Əmrə tabe olmaq. Əmri yerinə yetirmək. - Vahidin məktəbdən kənar edilməsi haqqındakı əmri oxuyanda Muxtar təəccüb elədi. Mir Cəlal. □ Əmr vermək əmrnamə, sərəncam yazmaq, nəşr etmək, elan etmək. Təyinat haqqında əmr vermək. Hökumət orqanının, idarə, müəssisə, təşkilat və s. rəhbərlərinin rəsmi sərəncamı. Hərbi komissarlığın əmri. Institut direktorunun əmri. - [Komandir:] Göz-qulaq ol! - əmrini verdikdən sonra ordugaha döndü. H.Nəzərli. Tapşırıq görüldü yoldaş komissar! Mən yenə hazıram, nə əmriniz var? S.Vurğun. Dəstə öz komandirinin əmri ilə irəliləyirdi. Ə.Vəliyev.
□□ Əmr siğəsi - “əmr forması”nın köhnə qrammatikada adı. Əmr forması qram. zaman və xüsusi əlaməti olmayan, yalnız şəxs şəkilçiləri qəbul edən feil qrupu. Əmr cümləsi qram. - əmr ifadə edən cümlə. Əmrdən çıxmaq - tabe olmamaq, göstərişə, əmrə əməl etməmək. Əmri-qaib - köhnə qrammatikada: üçüncü şəxsə edilən əmr. Əmri-hazır - köhnə qrammatikada: ikinci şəxsə edilən əmr. Əmrinə vermək - ixtiyarına vermək. Komandanın əmrinə çoxlu sursat və qoşun verilmişdir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed