
ƏTİRLƏNMƏK1. qayıd. Özünə ətir vurmaq, özünü ətirləmək. [Şəmsiyyə] üz-gözünü yumuş, yenidən ətirlənmişdi. M.İbrahimov. Zərrintac xanım .. güzgü qabağına keçdi, özünə tumar verdi, ətirləndi.. S.Rəhimov.
2. f Ətir iyi vermək, ətir kimi qoxu vermək. Hər gül ətirlənib bir gülşən olsun; Gülşənin çiçəyi, gülü şən olsun. S.Vurğun. Paylaşın - Hamı bilsin
|