İzahlı lüğət

ƏNGİN

sif. şair. 1. Geniş, vüsətli, açıq, ucu-bucağı olmayan. Əngin səma. Əngin üfüqlər. - Bizimdir bu əngin, atlaz ovalar; Qoynunda qartal bəsləyən qayalar. A.Şaiq. Mənimsə qəlbimə doğur bir səhər; Açılır qarşımda əngin üfüqlər. S.Vurğun. ..Bu səadət səhəri o qədər əngin və işıqlıdır ki, başlanan günəşli gündüzün əbədiliyinə şübhə etmirsən. Mir Cəlal.
2. Bax ənginlik. Xəyalımın qanadında ənginlərə yol açdım; Gəzdim döyüş meydanını, səhraları dolaşdım. R.Rza. Dalıram, daldıqca boş ənginlərə; Rənglərə boyanan xoş ənginlərə. N.Rəfibəyli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed