İzahlı lüğət

ƏZƏMƏT

is. [ər.] 1. Böyüklük, ululuq. Istərsən əgər şahlıq, şöhrət, əzəmət, hörmət; Həm əhdə vəfa eylə, həm faili-peyman ol! Heyran xanım.
Dəbdəbə, calal, təmtəraq, ehtişam. Xəlifələrin əzəmət və şöhrəti sönür. M.S.Ordubadi. Ustündən əsrlər adlayıb keçsə belə, Aslanın qurduğu binalar öz əzəmət və təmtərağını itirməyəcəkdir. S.Rəhimov. Bu təpədən baxdıqda Bakının mənzərəsi bütün əzəməti ilə göz qarşısında canlanırdı. S.Rəhman. // Vüqar, qürur. Qaragözlü qız, gəlinlər, ağbirçəkli analar; Duruşunda bir əzəmət, baxışında bir vüqar. R.Rza.
zərf Əzəmətlə şəklində - təntənə ilə, ehtişamla, təmkinlə, vüqarla. Sağımızda-solumuzda, önümüzdə; atlılar əzəmətlə durub bizi gözləyirdilər. S.Rüstəm. Bəzən əzəmətlə keçir adamlar; Səngərə çevrilib sıravi damlar. M.Rahim.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed